Mənalı hekayələr - İki damcı yağ #8

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 1266
Səs ver:
(səs: 1)
Bir tacir xoşbəxtlyin sirrini öyrənmək üçün oğlunu müdriklərin müdrikinin yanına yolladı. Gənc oğlan düz qırx gün səhrada gəzib-dolaşandan sonra bir saraya gəlib çatdı. Sarayın qarşısında çoxlu adamlar toplaşmışdı. Həmin sarayda gənc oğlanın axtardığı müdrik yaşayırdı.
Necə deyərlər, gənc oğlan axtardığı müdrik adamı görmək ümidiylə otağa girdi. Otağa tacirin biri girib biri çıxırdı. Bir tərəfdə adamlar söhbətləşir, bir tərəfdə orkestr həzin musiqi çalırdı. Otaqda bir stol vardı ki, onun da üstündə dünyanın ən ləziz yeməkləri düzülmüşdü.
Müdrik adam hər bir tacirlə birbəbir söhbət edirdi, buna görə də iki saat gözləyəndən sonra onun da növəbəsi çatdı.
Cavan oğlan gəlişinin səbəbini dedi, müdrik adam da səbrlə ona qulaq asandan sonra dedi ki, indi onun xoşbəxtliyin sirrini izah etmək üçün vaxtı yoxdur. Beləliklə də müdrik adam gənc oğlana təklif etdi ki, iki saatdan sonra gəlsin, bu vaxt ərzində sarayı gəzib dolaşsın.
- Səndən bir xahişim var. Sarayda gəzərkən bu çay qaşığını da özünlə götür, qoyma yağ tökülsün. - bunu deyib müdrik adam gənc oğlana bir çay qaşığı verdi və qaşığa iki damcı yağ tökdü.
Gənc oğlan otaqdan çıxıb pilləkənlərlə sarayın o baş-bu başına getdi. Amma gözünü qaşıqdan çəkmirdi. İki saat keçəndın sonra o müdrik adamın yanına qayıtdı.
- Deməli belə, cavan oğlan, sarayın yemək otağındakı Fars qobelenlərini gördünmü? Dünyanın ən bacarıqlı bağbanının 10 il vaxt sərf edib yaratdığı bağımı gördünmü? Kitabxanamdakı perqament üzlü kitabları gördünmü?
Həyəcandan utanan oğlan etraf edir ki, o bunların heç birini görməyib. O deyir ki, onun bütün fikri qaşıqdakı yağda olub ki, ona etibar edilmiş yağı dağılmağa qoymasın.
- Elə isə geri qayıt, get mənim möcüzə dünyamı təzədən gəz. Kiminsə evini görmədən ona etibar edib inanmaq olmaz- müdrik adam deyir.
Cavan oğlan rahat nəfəs alıb, qaşığı da götürüb otaqdan çıxır, sarayı gəzib dolaşır. Bu dəfə o gördüyü hər şeyə - tavanda, divarlardakı şəkillərə diqqət verir. O möcüzəli bağı görür, sarayın əıtrafındakı dağlara baxır, rəngarəng güllərə tamaşa edir. Müdrik adamın yanına qayıdanda cavan oğlan gördükləri haqda bir –bir məlumat verir.
- Bəs mənim sənə etibar etdiyin o iki damcı yağ hanı?- müdrik adam cavan oğlandan soruşur.
Əlindəki qaşığa baxan oğlan görür ki, qaşıqdakı yağ dağılıb.
- Mən sənə yalnız bir məsləhət verə bilərəm. Xoşbəxtliyin sirri dünyanın gözəlliklərinə tamaşa edərkən əlində tutduğun qaşıqdakı iki damcı yağı unutmamaqdadır. - müdriklərin müdriki deyir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1266
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 807
Xəbər sayı: 1
guzellik
Maral hekayedir oxumaq hayat qeribe insan ureyim azur tutmaq
24 sentyabr 2020 12:34
4
sade semimi merbandan kino medcezir
Şərh sayı: 1122
Xəbər sayı: 0
♡Tək Nur♡
Çox bəyəndim təşəkkürlər
24 sentyabr 2020 10:51
3
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Çox maraqlı hekayədir.oxumaq xoş oldu.
Təşəkkürlər
24 sentyabr 2020 09:12
2
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 81112
Xəbər sayı: 30
BARBI
Dogrudur.Xosbext olacam deye elindekindende olma
23 sentyabr 2020 21:15
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri