Mənalı hekayələr - Sənin haqqında; Dəvəçi #10

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 1269
Səs ver:
(səs: 0)
Sənin haqqında
Abin-Alsar balaca uşaq olanda təsadüfən atasıyla dərviş arasında olan söhbəti eşidir:
- İşində ehtiyatlı ol.Gələcək nəsillərin sənin barəndə nə deyəcəklərini də düşün!- dərviş deyir.
- Nə? Mən öləndə hər şey bitəcək, haqqımda kimin nə deyəcəyinin mənə dəxli yoxdur.
Abin-Alsar bu söhbəti heç vaxt unutmur. Bütün həyatı boyu yaxşılıq etməyə çalışır, insanlara kömək edir, insanlara münasibətiylə başqalarına nümunə olur.
O öləndə yaşadığı şəhərin vəziyyətini yaxşılaşdıran çoxlu sayda əməlləri qalır.
Başdaşında isə aşağıdakı epitafya həkk olunur:
“Ölümlə sona çatan həyat yaxşı yaşanmamış həyatdır.

Dəvəçi
Dəvə alverçisi bir kəndə gəlir və dəvələri çox aşağı qiymətə satır. Hoosep adlı bir kişidən başqa hərə bir dəvə alır.
Bir müddət keçəndən sonra kəndə başqa dəvə alverçisi gəlir. Amma bu alverçi dəvələri çox baha qiymətə satır. Bu dəfə yalnız Hoosep o kişidən dəvə alır. Bunu görən dostları onu danlayıb deyirlər:
- Keçən dəfəki alverçi dəvələri çox ucuz satırdı, lap su qiymətinə. Amma sən onda dəvə almadın. Bu dəfə isə o dəvələrin ikiqat qiymətinə dəvə alırsan.
Hoosep cavab verir:
- Həmin o ucuz dəvələr mənimçün çox bahaydı, çünki o vaxt çox az pulum vardı. Bu dəvələrin qiyməti sizə baha görünə bilər, amma onlar mənə görə çox ucuzdur. Çünki indi pulum çoxdur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1269
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 1122
Xəbər sayı: 0
♡Tək Nur♡
maraqlıdı təşəkkürlər
28 sentyabr 2020 16:46
2
Şərh sayı: 1061
Xəbər sayı: 284
Ay_işığı
İkinci mətn də oldu qudurmusluq
27 sentyabr 2020 22:40
1

Quranda Ayə var, Şəhidlər ölməz
Deyin erməniyə sağdı, Mübariz
Məndən soruşmayın, haralısan sən
Qəm kədər daşıyan ölkədənəm mən
Allaha and olsun fəxr edirəmki,
Mübariz yaşayan ölkədənəm mən!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri