Mənalı hekayələr - Dəmirçi və kasıb qadın #14

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 2 622
Səs ver:
(səs: 1)
"Şəhərlərin birinin əhalisinə etdikləri günahlara görə dözülməz qıtlıq üz vermişdi.
Bunun üçün əhali aclığdan çox əziyyət çəkirdi.
Bu şəhərdə dul möminə bir Seyyidə xanım yaşayırdı.
Onun bir neçə övladı var idi.
O, bir gecə uşaqlarının aclıqından tələf olacaqlarını görüb başqalarından varlı olan dəmirçi kişinin yanına getdi və ondan kömək istədi.
Dəmirçi qadından onunla zina ( Allahın haram buyurduğu günah) etməsini istədi.
Qadın bu sözü eşidərək qəmgin halda evinə qayıtdı, nə qədər fikirləşdisə, bir çarə tapa bilmədi.
Yenə də dəmirçinin yanına getdi və ondan həmin cavabı eşitdi.
Qadın uşaqlarını ölüm vəziyyətində görüb üçüncü dəfə dəmirçinin yanına qayıtdı.
O, yenə qadından günaha batmasını istədi.
Qadın qəbul etdi və şərt təyin edərək dedi:
Bu işi elə yerdə gör ki, məndən və səndən başqa, orada heç kim olmasın!
Dəmirçi onu xəlvət bir otağa apardı.
Dəmirçi, qadının titrədiyini görüb soruşdu:
Bəs, niyə titrəyirsən?
Qadın dedi:
Sən niyə şərtinə əməl etmədin?
Dəmirçi dedi:
Məgər burada səndən və məndən başqa kimsə varmı?
Qadın dedi:
Allah bizim əməllərimizi görür və mələklər yazır.
Məgər,Quranda deyilmir:
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!
Dəmirçi, bu sözləri eşidəndən sonra pis əməlindən əl çəkdi.
Hətta, sərvətinin çox hissəsini o qadına verdi.
Qadın onun üçün belə dua etdi:
İlahi, bu insanın bədənini heç bir atəşdə yandırma!
Möminə qadının duası,Allahın izni ilə qəbul oldu.
Bu hadisədən sonra dəmirçi kürədən qızmış dəmiri ilə götürər və əli yanmazdı."
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri