Mənalı hekayələr - Cənnətdən məktub #19

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 1776
Səs ver:
(səs: 1)
Bir vaxtlar mən anamın isti bətnində, dünyadan xəbərsiz bir körpə idim. Cəmi bir neçə ay qalmışdı dünyaya göz açmağıma. Anam hər gün mənimlə şirin – şirin söhbət edir, mənim dünyaya göz açacağım günü həsədlə gözləyirdi. Hərdən atam da əlini anamın qarnına qoyub, məni orda əzizləyərək oynadırdı.

Dünyanın necə bir yer olduğunu təsəvvür edə bilmirdim, amma bilirdim ki, dünyada məni çox sevən anam və atam var. Onları görmək üçün səbirsizlənirdim.

Bir gecə anamın təlaş və həyacanını duydum. Bətnində olduğum bu yeddi ayda anam hələ bu qədər həyəcan və qorxu içində olmamışdı. Qorxu anamın bütün cisminə yayıldığından təbii ki, mənə də təsiri az deyildi. Sonra anam harasa qaçmağa başladı. Qaçdıqca da keçirdiyi qorxu daha da çoxalır, mənim içəridə nəfəs almağımı çətinləşdirirdi. Artıq mən də bir yerdə dayana bilmir, sağa – sola çırpınırdım. Rahat nəfəs almaq üçün anamın bətnindən çıxmağa çalışırdım. Anam bir neçə dəfə yıxıldı. Hər dəfə də yıxılıb durandan sonra qarnını, yəni məni əlləriylə qucaqlayaraq qaçmağa davam edirdi. Bu dəfə o qarnı üstə yıxıldığından mən də içəridə əzildim.

Anam artıq qaçmırdı, amma səsi gəldikcə qışqırırdı. Qışqırdıqca da bütün cisminə yayılmış qorxu daha da çoxalırdı. Nə baş verdiyini anlamırdım. Anamın təhlükədə olduğunu hiss edib, çırpındıqca çırpınır, onu müdafiə etmək üçün dünyaya gəlməyə çalışırdım. Xırçıltıya bənzər bir səs eşitdim. Bu səsdən sonra anamın qışqırığı da dayandı, amma bədəni silkələnərək tərpənirdi. Həmin səsin getdikcə mənə yaxınlaşdığını hiss edirdim. Hələ də nə baş verdiyini anlamırdım. Gözlərimi açanda özümü dünyada gördüm. Anamın isti bətnindən yarılaraq çıxarılıb, qarın üstünə atılmışdım. Soyuq iliklərimə kimi işlədiyindən ağlamaq istədim, amma səsim çıxmadı. Sinəmdə ani bir dəhşətli ağrı hiss etdim. Ağrı keçən kimi də içimə sanki bir hüzur doldu. Artıq soyuğu da hiss etmirdim. Yavaş – yavaş göyə qalxmağa başladım. Yerdə öz cəsədimi gördüm. Onu süngüyə keçirib yuxarı qaldırdılar və təpiklə vurub bir dərəyə atdılar. Mənim cəsədimdən başqa ordakı bütün cəsədləri o xəndəyə tökdülər. Ruhum göyə qalxandan sonra hər şeyi daha yaxşı dərk etməyə başlayaraq, ətrafa göz gəzdirdim. Hər tərəf insan cəsədləriylə, doğranmış meydilərlə doluydu. Anamın qarnı cırılmış meyidini də gördüm. İndi anladım ki, anamın qarnını cıraraq məni ordan çıxarıb qarın üstünə atıbmışlar və sonra da süngüyə taxaraq məni də öldürmüşlər. Gördüklərimdən dəhşətə gəldim. “Budurmu işıqlı dünya dedikləri, bu dünyaya gəlmək üçünmü mən anamın qarnında səbirsizlənirdim?”

Bura, Cənnətə gələndən sonra bildim ki, mənim özümdən böyük, səkkiz yaşında bir bacım da varmış. O da burdadır və sizə salam göndərir. Həmin gecə onu da zorlayaraq öldürüblər.

Bura çox yaxşıdır , mələklər qeydimizə qalır. Hərdən mələklərə qoşulub göy üzünə qalxaraq ordan sizləri seyr edirəm. Ən çox da balaca uşaqlara baxıram. Valideyn sevgisiylə qayğısız bir həyat yaşayaraq, məktəbə, bağçaya gedib, isti evlərinə gəlirlər. O gecə olmasaydı bəlkə mənim də belə bir həyatım olacaqdı. Mən də atamın, anamın sevgisiylə böyüyb, hər gün bacımla oynayacaqdım. Bağçaya, məktəbə gedəcəkdim.

Bu məktubumu oxuyan əmilər, dayılar. Bəsdir daha isti evlərinizdə yatıb, bahalı maşınlarınızda gəzib, rahat kreslolarınızda oturduz. Qalxın daha, qalxın alın bizim qisasımızı. Qarnı cırılaraq yeddi aylıq körpəsi çıxarılıb, süngüyə taxılan anamın, şəhər kənarındakı sümükləri üşüyən cəsədimin, zorlanarkən gəlinciyinə heç nə olmasın deyə, onu bərk – bərk qucaqlayan səkkiz yaşlı bacımın və yüzlərlə bizim kimilərin qisasını alın. Axı biz sıradan bir Xocalı sakinləri deyilik. Mən sizin də övladınızam, zorlanaraq öldürülən bacım sizin də bacınızdır, sizin də qızınızdır axı. Nə vaxta qədər ildə bir dəfə bizi yad edib sonra unudacaqsız, nə vaxta qədər içiniz, vicdanınız bu qədər rahat olacaq? Yalvarıram sizə ay əmilər, dayılar ruhumuzun burda rahatlıq tapması üçün qisasımızı yerdə qoymayın!...

Akşin Xəyal.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1776
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 184
Xəbər sayı: 0
Milaya
Nə deyəsən nə yazasan bax bu sözün
bitdiyi andır. Axı nə vaxta qədər susmalıyıq hə?
Nə vaxta qədər onların qisasın almamış
rahat,isti yatağımızda yataçağıq hə?
Onların qisasını sabaha qoymaq olmaz.
Elə bu gün alınmalıdı onların qisası.
Onlara edilən amansılıqlar bizim də
başımıza gələ bilərdu. Həə nolsun ki
bizim başımıza gəlmiyib. Başımıza gəlmiyib deyə
rahat olmalıyıq? Bəs vicdanımız? O da rahat
olacaq görəsən? Axı nə vaxta qədər hər
il fevralın 26-sı yad edirik onları
səhərsi gün heçnə olmamış kimi deyib gülürük.
Budur mu vətənpərvərlik,budur mu insanlıq?
Axı nə vaxta qədər susmalıyıq XOCALIYA
edilən vəhşilikləri,amansızlıqları......
Axı nə vaxta qədər bizim olan torpaqlara
o mənfur,şərəfsiz,ləyaqətsiz,insanlıqdan
uzaq varlıqlar bizim torpaqlarımızda
kef çəkməlidi, ayaq basmalıdı. Şəxsən
bir Qarabağlı kimi mənim ürəyim sızlayır...
Axı orda yaşayanlar bizim anamız,atamız,qızımız,
oğlumuz,babamız,nənəmiz,körpəmiz deyillər mi?
Niyə əzizlərimizin ruhu tapdalanmalıdı?
Bu hər zaman belə olub belə olaraq da qalacaq:
"QARABAĞ BİZİMDİ BİZİM OLACAQ"
23 oktyabr 2020 10:48
7
Şərh sayı: 39
Xəbər sayı: 0
_esger_yari_
Cox tesirlidi oxuyarken kovrelmemek elde deyil.Tarix yene tekrarlanir heleki o derece deyil.cox wukur ama ona dogru gedirik Bugun Gence seherinde olanlar sabah bizdede ola biler.Bugun orda olenlerden biri bizde ola bilerdik.Ona gore de artiq susmaq yox ayaga qalxmaq lazimdir. #QALXAYAGAAZERBAYCAN!!!
17 oktyabr 2020 20:53
6
Şərh sayı: 328
Xəbər sayı: 0
Bal
Çox vəyəndim tşk
17 oktyabr 2020 11:09
5
Şərh sayı: 1448
Xəbər sayı: 0
♡iLK NUR♡
Çox təsirli idi
16 oktyabr 2020 15:41
4
⚘⚘⚘İlk Nur ⚘⚘⚘
Şərh sayı: 81108
Xəbər sayı: 30
BARBI
Ayhy Allah belalari bu nece vehsilikdir.Oxuduqca ureyim agridi
16 oktyabr 2020 15:37
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 6391
Xəbər sayı: 0
Cema_Axodova
Çox təsir elədi:( allah bəlasın versin düşmənlərimizin inşallah
16 oktyabr 2020 15:23
2
p.s
Şərh sayı: 1089
Xəbər sayı: 0
♡Tək Nur♡
çox bəyəndim təşəkkürlər....
16 oktyabr 2020 15:08
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri