Mənalı hekayələr - Həyatın mənası #22

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2451
Səs ver:
(səs: 2)
Qədim zamanlarda bir adam yaşayırmış. Bu adam bir gün həyatın mənasını axtarmaq fikrinə düşür. Amma aldığı heç bir cavab bu adamı qane etmirmiş və kənd-kənd, ölkə-ölkə gəzib soruşmaq qərarına gəlir. Hər kəndi gəzir, bütün ölkələrə gedir.
Bir kənddə danışdığı insanlar ona deyirlər:
– Bax o uzaqdakı böyük dağı görürsənmi? Orada yaşlı bir müdrik qoca yaşayır. İstəyirsənsə, onun yanına get bəlkə axtardığın sualın cavabını taparsan.
Çox çətin bir yol keçdikdən sonra müdrik qocanın evinə çatır və içəri girir. Müdrik qocadan – Həyatın mənası nədir? deyə adam soruşur. Qoca isə cavab verir:
– Sənə bu sualın cavabını söyləyərəm ama sən bir imtahandan keçməlisən.

Müdrik qoca bu adama əlinə bir çay qaşığı verir və qaşığın içinə zeytunyağı tökür. Deyir:
– İndi sən çıx bağçaya gəz, dolaş və təkrar bura gəl. Amma diqqət et ki, çay qaşığındakı zeytunyağından bir damla belə azalmasın. Əgər bir damla azalsa məğlub olarsan.
Adam çay qaşığına baxa-baxa bağçaya çıxır, gəzir, fırlanır və geri qayıdır. Müdrik qoca deyir:
– Hə qaşıqda yağ azalmayıb, yaxşı bağça necəydi?
Adam çaşqın qalaraq deyir:
– Mən qaşıqdan başqa heç bir yerə baxmırdım.
Müdrik qoca deyir:
– İndi yenə qaşıq əlində get bağçaya bax amma bu dəfə bağçaya yaxşı bax, incalə və nə gördüklərini gəl mənə de.”
Adam gedir gəzir bağçanın hər bir tərəfinə baxır və geri qayıdır. Müdrik qoca soruşur:
– Bağça necə idi?
Adam deyir:
– Çox gözəl güllər, təmiz hava… Bir sözlə gözəldi.
Müdrik qoca qaşığa baxıb görür ki, qaşıqda heç bir damcıda zeytunyağı qalmayıb vəüzünü adama tutub deyir:
– Həyat sənin baxışınla məna qazanar. Sadəcə bir nöqtəni görürsən, həyatın axıb gedər amma sən bilməzsən. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxış tərzində gizlidir
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2451
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Həyatın mənası sənin baxış tərzində gizlidir
22 noyabr 2020 13:38
5
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1465
Xəbər sayı: 0
♡Tək Nur♡
Mənalı olduuuu
24 oktyabr 2020 12:12
4
Şərh sayı: 6418
Xəbər sayı: 0
Cema_Axodova
Doğru sözə nə deyəsən
23 oktyabr 2020 13:37
3
p.s
Şərh sayı: 1850
Xəbər sayı: 0
♡iLK NUR♡
Çox gözəl hekayədir.Həqiqətəndə həyatın mənası hər bir insanın baxış tərzindədir.
Təşəkkürlər
22 oktyabr 2020 21:47
2
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
Heyatin menasi baxis terzindedir dogru soze ne deyerler
22 oktyabr 2020 19:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri