Mənalı hekayələr - Gəmi #23

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2121
Səs ver:
(səs: 1)
Gəmi qəfildən batmağa başalayar. Xilas etmə gəmisinə yaxınlaşan batmaqda olan bir cütlük sadəcə bir adamlıq yerin qaldığını görər. Həmin an ər öz qadınını tərk edib birbaşa gəmiyə addanar. Ölümün pəncəsində qalan qadın son dəfə həyat yoldaşına baxar və ona deyər:

Bu an müəllim dayanar və şagirdlərinə: “Sizcə qadın, öz yoldaşına bu çətin anda nə deyə bilərdi?” sualını verər.

Şagirdlərin əksəriyyəti: “Sənə nifrət edirəm. Axmaq vəfasız!” deyə bilər” cavabını verdilər.

Müəllim, kənarda sakit oturan bir şagirdi görər və həmin sualı ona da verər. Şagird, “Müəllim, məncə “Övladıma yaxşı bax demişdir” deyib cavab verər.

Müəllim təəccüb içində şagirdən soruşar: “Deyəsən əvvələr bu hekayəni hardansa eşitmisən?”

Şagird başını aşağı əyib: “Xeyr müəllim, sadəcə anam atama vəfat etməzdən əvvəl eyni sözləri demişdi” deyər.

Müəllim peşmancasına: “Cavabın düzdür” deyər.

Gəmi batdıqdan sonra ata evə qayıdıb qız övladını tək böyüdər. İllər sonra qız vəfat etmiş atasının gündəlik qeydlər dəftərini tapar. Sən demə, cütlük gəmi səyahətinə çıxanda qadına ölümcül xəstəlik diaqnozu qoyulubmuş. O çıxılmaz vəziyyətdə ər qızını böyütmək üçün özünü məcbur xilas etmə gəmisinə atıbmış.

Atası gündəliyində: “Dənizin dibinə bərabər batmağı o qədər çox istəyirdim ki… Amma övladımız üçün, tək başına dənizdə batmağına tamaşa etmək məcburiyyətində qaldım.” yazmışdı.

Hekayə bitər və sinifi səssizlik bürüyər.

Müəllim, şagirdlərin hekayədən lazım dərs çıxardıqlarını başa düşər. Yaxşı ilə pisi ayırmağın, aralarındakı incə cizginin nə qədər baş qarışdırıcı olduğunu anladıqlarını hiss edər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2121
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 771
Xəbər sayı: 0
Milaya
Təsir altına düşməmək çətindi. Hələ o cümlə:
"Dənizin dibinə qədər bərabər batmağı o qədər çox
istəyərdim ki...Amma övladımız üçün tək başına
dənizdə batmağına tamaşa etmək məcburiyyətində
qaldım." 15 Çox sagolun ki belə gözəl,ibrətamiz
mövzular paylaşırsınız. Minnətdaram sizə
25 oktyabr 2020 21:46
5
Üstümə gəlmə həyat !
Daha nəyimi alacaqsan?!
Nə qırılacaq bir xəyal, Nə də qurulacaq bir həyat buraxdın məndə ! :/
Şərh sayı: 6418
Xəbər sayı: 0
Cema_Axodova
Təsirli hekayə idi.burda onu anlamaq laZımdıki tez qərar vermək bəzən yalnışdı
25 oktyabr 2020 20:53
4
p.s
Şərh sayı: 1850
Xəbər sayı: 0
♡iLK NUR♡
Çox maraqlı hekayə idi
Təşəkkürlər
25 oktyabr 2020 09:43
3
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR!
Şərh sayı: 81246
Xəbər sayı: 30
BARBI
Eh bezen kimese gore heyatimizi qurban vererik
24 oktyabr 2020 21:23
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1465
Xəbər sayı: 0
♡Tək Nur♡
təşəkkürlərrrr....
24 oktyabr 2020 15:31
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri