Mənalı hekayələr - Güc dayanmadan işləməkdə deyil #24

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 1872
Səs ver:
(səs: 0)
Bir meşədə iki odunçu ağac kəsirmiş. Birinci odunçu səhər erkəndən qalxır, ağac kəsməyə başlayırmış, bir ağacı kəsib dərhal digərinə keçirmiş. Gün boyunca, istirahət etmək üçün və günorta yeməyi üçün özünə vaxt ayırmırmış. Axşamları da odunçu yoldaşından bir neçə saat sonra ağac kəsməyi buraxıb evinə daha gec gedirmiş. ikinci odunçu isə arada bir istirahət edir və hava qaralmağa başladığında evinə dönürmüş. Bir həftə boyunca kim daha çox ağac kəsər demişlər, bu gərginlikdə işlədikdən sonra nə qədər ağac kəsdiklərini saymağa başlamışlar.

Nəticə: ikinci meşəbəyi çox daha çox ağac kəsmişdi. Ən çox ağacı özünün kəsdiyini düşünən birinci odunçu çox çaşmışdı:

– Bu necə ola bilər? Mən daha çox işlədim. Səndən daha erkən ağac kəsməyə başladım, səndən daha gec evimə döndüm. Amma sən daha çox ağac kəsdin. Bunu necə bacardın, sirrin nədir?

İkinci meşəbəyi təbəssümlə cavab vermişdi:

– Bir sirrim yoxdu. Sənistirahət etmədən işləyərkən mən bir neçə ağac kəsdikdən sonra həm istirahət edirdim həm də baltamı itiləyirdim. İti baltamla, daha az səylə, daha çox ağac kəsdim.

Özümüzə, sevdiklərimizə zaman ayırmaq, özümüzü inkişaf etdirmək, məlumat bacarıqlarımızı artırmaq, baltamızı itiləməkdir. Müvəffəqiyyətə çatmaq üçün tək yol çox çalışmaq deyil yüksək məlumat, bacarıq sahibi olub məhsuldar çalışmaqdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1872
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 630
Xəbər sayı: 0
Sevinc
Bu hekayeni hardasada esitmisdim. Çox duz vurgulayiblarki, dayanmadan islemek yox agilla hereket etmekdedir
12 noyabr 2020 11:12
3
Esil dostluq el ile göz kimidir. El ağrı yanda, göz ağlar. Gözden yaş gelince el onu siler... Varmi bele dostluq?!
----
Şərh sayı: 1465
Xəbər sayı: 0
♡Tək Nur♡
iş həmşə var....
27 oktyabr 2020 14:26
2
Şərh sayı: 6418
Xəbər sayı: 0
Cema_Axodova
İş dayanmadan hərəkət etməkdə deyil ağılla hərəkət etməkdədi
27 oktyabr 2020 12:02
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri