Bağışla

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 769
Səs ver:
(səs: 3)

 

Gedirsən nə deyim,nə söz söyləyim,
Saxlaya bilmədim yolundan səni.
Sənə inanmışdım,könül vermişdim,
Çox heyif indicə tanıdım səni...

Bağışla
Sən mənim gözümdə uca bir dağsan,
Əyilmə sevginin göz yaşlarına.
Şübhələr qoymadı səni sevməyə,
Yalandı aldanma göz yaşlarıma...


Dəlisov sevgimdə,məhəbbətimdə,
Olmayıb hamısın yalan demişəm.
Baxmaki,indicə doldu gözlərim,
Yəqin varlığına çox öyrəşmişəm...


Qəlbinin yerinə bir daş bağla sən,
Bəlkə eşq önündə əyilə bildin.!
Necə inanmışdım xoş sözlərinə
Sən məni dəlilər kimi sevirdin..?


Sözlər,şeirlərdə bəs etmir mənə,
Bu dərdi dağlara danışsam azdır.
Bəxtim gözlərimin içinə baxıb,
Ayağım altında bir quyu qazdı...


Bağışla söhbətim çox uzun çəkdi,
Gedirsən yolundan etməyim səni!!!
Taleyim beş günlük sevinəcəkdi,
İndi çalışacaq unutsun səni...


İndi nə etsəndə,nə söyləsəndə,
Ovuda bilmərsən yanan qəlbimi.
Özün öz əlinlə yıxdın bu eşqi,
Öldürdün dərdindən ölən sevgimi!!!


Redakte etdi:
PRETTY_GİRL

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 8 769
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri