Mən başqasını sevirəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 134
Səs ver:
(səs: 5)
Məktəbliydim. Həyata hələ yeni atılırdım. Sinifimizə Elvin adlı biri gəldi, mənim isə ondan xoşum gəlirdi. Həmişə onun yanında olmaq istəyirdim. Arxa partada otururdu. Arxaya çevrilib ona baxanda isə mənə acıqlı baxdığını görürdüm. Onu sevdiyimi oda bilrdi. Tez-tez üstümə qışqırırdı, alçaldırdı məni. Mən isə hər gün evə gedib göz yaşı tökürdüm. Bir sözlə mənə nifrət edirdi, tez-tez savaşırdıq. 1 həftə xəstə yatdım. Məktəbə gedəndə onun mənim yanıma keçdiyini gördüm. Savaşdıq, bir müddət mənimlə oturacağını dedi. Mənə pis davrandığına görə mən ona yalandan başqasını sevdiyimi dedim. O, gündən hər şey dəyişdi. Mənə qarşı daha yaxşı oldu.
İllər keçdi və biz çox yaxın dost olmuşduq. Bu müddətdə mən həqiqətən birini sevdim. Elvinə qarşı olan hisslərin sadəcə uşaqlıq həvəsi olduğunu bildim. Sevdiyim haqda Elvinlə çox danışırdım. Əvvəllər mənə çoxlu məsləhətlər versədə sonra o haqda danışmağımı istəmədi. 11-inci sinifi qurtaranda Elvinin məni sevdiyini öyrəndim. Mənim sevdiyim olduğundan bunu mənə deyə bilməmişdi. Elvin isə gözümün qabağında çox acı çəkirdi. Mən neynəyə bilərdim axı, bir vaxtlar məni ağladan Elvin indi məni sevir. Ona sadəcə bunu dedim. Çox gecdi Elvin. Mən başqasını sevirəm...





(səs: 5)
Şərhlər: 9
Baxılıb: 8 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri