Bir fincan qəhvə ilə həyat dərsi

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 1911
Səs ver:
(səs: 3)
 
Məşhur bir universitetin gözəl karyera əldə etmiş bir qrup məzunu öz qoca professorlarını ziyarət etməyə gəlirlər. Söhbət zamanı növbə iş mövzusuna da gəlib çatır. Məzunlar öz professorlarına saysız çətinliklərindən və həyat problemlərindən gileylənirlər. 

Professor öz qonaqlarına qəhvə içməyi təklif edərək mətbəxə gedir. Bir müddət sonra qoca professor əlində müxtəlif fincanlardan ibarət qəhvə dəsti ilə otağa daxil olur. Bu fincanların hər biri ayrılıqda çini, şüşə, plastik və xrustaldan idilər və bəziləri baha, bəziləri isə ucuz qiymətə idi. 
Məzunlar fincanları götürdükdən sonra professor dedi:

— Fikir verin ki, siz ancaq gözəl və baha olan fincanları götürmüsünüz, sadə və ucuz olanlar isə yerdə qalıb. Bu sizin üçün normaldır – özünüz üçün ən yaxşısını seçməyə çalışırsınız və bu da sizin bütün problem və stresslərinizin əsas mənbəyidir. Anlamağa çalışın ki, fincan özlüyündə qəhvəni daha dadlı etmir. O sadəcə material olaraq bahadır və bəzən bizim içəcəyimiz şeyləri də gizlədir. Əslində sizin istədiyiniz sadəcə qəhvə idi, fincan deyil. Lakin siz özünüzdən asılı olmayaraq ən yaxşı və gözəl fincanları seçdiniz və eyni zamanda digərlərinin də hansı fincanları götürdüyünə də fikir verdiniz.

İndi isə düşünün: həyat – bu qəhvədir. İş, pul, vəzifə, cəmiyyət isə fincandır. Bütün bunların hamısı həyatı təşkil etmək üçün yalnızca vasitələrdir. Sahib olduğumuz fincan bizim həyatımızın keyfiyyətini nə müəyyən etmir, nə də dəyişdirmir. Bəzən, yalnızca fincana fikrimizi yönəldərək qəhvənin dadından həzz almağı unuduruq.
Daha çox xoşbəxt olan insanlar ən gözəl şeylərə sahib olanlar deyil, əksinə sahib olduqlarından ən gözəl şəkildə istifadə etməyi bacaranlardır!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 1911
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6181
Xəbər sayı: 117
Zeynuş
xosbext o insandir ki, sahib olduqlarindan en gozel sekilde istifade etmeyi bacarandir
25 yanvar 2014 20:36
5
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Şərh sayı: 8722
Xəbər sayı: 208
Narminovski
Heyat dersi..
25 yanvar 2014 19:02
4
Şərh sayı: 80933
Xəbər sayı: 30
BARBI
cox anlamli yazilmis hekayedir.
25 yanvar 2014 16:23
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
beli beledir ele insanin ozude qehve ve fincan kimidir ozune baxirsan coox gozeldir ici amma deyersiz ,eleside var o gozel dediyimizden ferqli gozelliyi olsada icinin gozelliyi her seye deyer.
25 yanvar 2014 16:20
2
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
cox duzgun deyilib,gozel dersdi
25 yanvar 2014 16:11
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri