Sən demə təzədən sevmək olarmış

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 247
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1318145170-656.jpg

 

Sən demə təzədən sevmək olarmış

Tale də təzədən gülə bilərmiş

Küsüb gözü yaşlı gedən məhəbbət

Peşiman- peşiman dönə bilərmiş


Ürək bulud kimi boşalırsa da

Demək bulud kimi təzədən dolur

Sonuncu şöləsi tirəyən şamdan

Başqa bir şamı da yandırmaq olur


Sən demə təzədən sevmək olarmış

Köhnə yaraları vaxt zaman silir

Kəsilən budaqla ölən ağaclar

Yenö pöhrələrlə dirilə bilir


Ağlaya-ağlaya dünyaya gəlib

Biz ana südüylə gülməmişikmi

Hər axşam sap-sarı batan günəşi

Hər səhər təzə-tər görməmişikmi


Sən demə təzədən sevmək olarmış

Sevgi fursət deyil ki,quş kimi uça

Nə də kölgədir ki,qaçasan qova

Ya da sən qovasan o səndən qaça


Çıxarsan qəlbindən ötən sevginin

Bir gün də tənhalıq sıxacaq sənı

Kiməsə etdiyin yaxşılıq kimi

Məhəbbət qarşına çıxacaq sənin.


 İlk sevgi yuvadan uçan quşciğaz

Köhnə qanadlara pöhrələnməyib

Məcnunun ahiyla uçan məhəbbət

Min bir hiylə ilə yerə enməyib


Mən ki görməmişəm sevgini susan

Məhəbbət zirvədə qorunan qarmış

 Kim deyir bir dəfə sevilir insan

Sən demə hər zaman sevmək olarmış

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 4 247
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri