Həyatda özgəsinin,qəlbimdə sənin oldum

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 912
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1319196101-656.jpg

Evimdə var birisi,ürəyimdə özgəsi,

Təkcə səni sevmişəm,sevmərəm başqa kəsi.

Gəlsə bir yadın səsi onu sən zənn edərəm,

Get desən sənin üçün ölümə də gedərəm.

***

Yağışa qatılaram yağaram sənin üçün,

Bəs niyə ayrılmışıq,söylə niyə,nə üçün?

Sevdik bir-birimizi,qurduq çoxlu arzular

Sanki yuxuya döndü yarı yolda qoydular.

***

Sənə elçi getdilər,başqa bir qız aldılar,

Mənə nişanlan deyə yad üzüyü taxdılar.

Yenə unutmadıq biz yaşatdıq sevgimizi,

Gizlin olsa da belə sevdik bir-birimizi.

***

Səhər-axşam ağlayıb səni arzulayırdım,

Taledən üz döndərib bəxtimə qarğayırdım.

Nəhayət gəldi o gün,toy-mağarlar quruldu,

Gözlərim ağlamaqdan gücdən düşdü,yoruldu.

***

Bağçamızda əkdiyin qızılgüllər də soldu,

Onları mənə əkdin,yad barmaqlar toxundu.

Sanki bir balıq idim çırpınıb tora düşdüm,

Məni səndən aldılar,yad bir yuvaya düşdüm...

Artıq neçə illərdir bu evdə gəlin oldum,

Həyatda özgəsinin,qəlbimdə sənin oldum...

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri