Donor

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 970
Səs ver:
(səs: 1)
Mənimlə böyük qızım Sara arasında isti münasibət yaranırdı. O, ailəsi ilə qonşu şəhərdə yaşadığından kifayət qədər tez-tez görüşə bilirdik.
Sara mənə zəng vurduqda, həmişə deyirdi:
-Salam ana, bu"mən"əm.
Mən isə cavabında:
Salam, "Mən",işlər necədir?
O,məktublardada çox zaman "Mən"kimi imza atırdı.Bəzən ona sadəcə sataşmaq üçün"Mən" deyirdim.
Sonra isə yazıq Saram qəfildən beyninə qansızmadan vəfat etdi.Onun ölümü ilə necə sarsıldığımı söyləməyə ehtiyac yoxdur.Valideynlər üçün sevimli övladını itkisindən ağır nə ola bilər?!Mən,demək olar ki,hər şeyə inamımı itirmişdim.
Biz bütün mənalarda bu faciəvi hadisəni nə isə bir xeyirxah əmələ çevirmək məqsədilə onun orqanlarını ehtiyacı olanlara bağışlamaq qərarına gəldik.Müəyyən olunmuş vaxtda Donor axtarışı üzrə təşkilat Saranın orqanlarının necə istifadə olunduğunu mənə xəbər verdi.Əlbətdə ki,ad çəkilmirdi.
Təxminən bir il sonra qızımın böyrəyi və mədəaltı vəzisinin transplantasiya edildiyi bir gənc oğlandan məktub aldım.Əməliyyatdan sonra onun həyatı necə də dəyişmişdir!
Şükür Allaha!O öz adı ilə imza qoya bilmirdi,ona görə də imzasını tapın,görün hansı adla qoymuşdu!-"Mən".
Bu sonuncu damla idi.

Müəllif: Meri M.Celinek
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri