Ən gözəl gül

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 8 278
Səs ver:
(səs: 4)
Qədim zamanlarda əyalətlərin birində dünya gözəli olan bir qız yaşayırdı. Bu qız elə gözəl idi ki, onu görən hər kəs bir könüldən — min könülə qıza aşiq olurdu. Əyalətin bütün oğlanları qıza sevgilərini, onunla evlənmək istədiklərini bildirirdi. Lakin qız onların hamısını rədd edirdi. Qızın gözəlliyi artıq bütün aləmə yayılmışdı.Onu görmək üçün başqa diyarlardan gələn çox yaraşıqlı, çox zəngin oğlanlar da rədd cavabı alaraq əliboş evə dönməli olurdular.nunla evlənmək istəyən neçə şahzadəni rədd edən bu qız heç kimi bəyənmirdi. Kimsəni sevmir, kimsəyə "hə” demirdi. Bacardığı bir şey var idi — gözəlliyi ilə hər kəsin ağlını başından almaq.Bu arada həmin əyalətdə yaşayan və çoxdandır bu qıza aşiq olan bir oğlan yaşayırdı. Oğlan dəfələrlə bu qıza öz sevgisini bildirmiş, lakin qız onu da istəməmişdi...Beləcə uzun illər keçdi. Bu illər ərzində oğlan da bir yerdə dayanmır.O, qızdan əlini üzərək öz həyatını qurmaq qərarına gəlir. O, qızı unutmaq üçün yaşadığı yeri tərk edərək başqa bir əyalətə gəlir. Burada ticarətlə məşğul olamağa başlayan gənc xeyli müddət sonra bir qızla tanış olur. Elə bu qızla da evlənərək öz həyatını qurur. Onlar əl-ələ verərək birgə yaşayıb, birgə işləməyə başlayırlar.Onların evlənməsindən illər keçir. Oğlan ticarətdə xeyli irəli gedir. Əyalətin imkanlı şəxslərindən birinə çevrilir. Şəxsi həyatında da dəyişikliklər olur.Bir neçə uşağı olur. Onu sevən və bütün işlərində ona kömək edən, onun dayağı olan həyatı yoldaşı və uşaqları ilə birgə xoşbəxt yaşamağa başlayır.Günlərin bir günü o, şəxsi işi ilə bağlı əvvəl yaşadığı əyalətdən keçməli olur. Əvvəl kasıb yaşadığı evi, şəraiti görüncə gözləri dolur. Ətrafa bir az baxdıqdan sonra əvvəllər sevdiyi, bütün insanların dərdindən dəli-divanə olduğu qız yadına düşür. O, həmin qızı görmək və onun taleyinin necə olduğunu bilmək üçün onların küçəsinə gəlir.Orada tanıdığı birini görüb xoş-beş danışdıqdan sonra qız barəsində soruşur. Yaşlı adam qızın evləndiyini və önündə gül baxçası olan evi göstərərək onun evi olduğunu deyir. Bir vaxtlar hər kəsi rədd edən qızın ərinin necə insan olması oğlanda maraq doğurur. Bir gün gizlənərək qızın ərinin evdən çıxdığını görür. Qızın əri yekəqarın, keçəl və çirkin bir adam idi. Üstəlik imkanlı da deyildi. Qızın nəyə görə belə bir adama ərə getməsi oğlanda daha böyük maraq oyadır.Qızın əri getdikdən sonra, onların qapısını döyür. Qız qapını açarkən oğlan özünü tanıdır və nəyə görə belə bir insana ərə getdiyini bilmək istədiyini soruşur.Qız oğlanı qismən tanıyır. O, qarşıdakı baxçanı göstərərək deyir:— Mənə o baxçada olan ən gözəl gülü gətirsən, bu suala cavab verəcəm. Yeganə şərt, irəli gedərkən geriyə dönə bilməməyindir.Oğlan həmin baxçaya girərkən yüzlərlə gözəl gülün olduğunu görür. Birdən qarşısında çox gözəl sarı bir gül görür.Onu qopartmaq istərkən bir az qabaqda ondan da gözəl bir nəlbəki gülü görür. Onun yanına çatanda isə qabaqda bunlardan da gözəl olan bir qızıl gülü görür. Beləcə oğlan bir-birindən gözəl gülləri görərək irəliləyir, lakin heç birini qopartmır. Bir də baxır ki, baxçanın sonuna gəlib çıxıb. Məcburən burda olan sonuncu gülü dərib qıza gətirir.Baxçanın ən gözəl gülünü gözlərkən qız bir də görür ki, oğlanın əlində yarpaqları solmuş cılız bir gül var.Bunu görüncə qız oğlandan həmin gülü götürərək deyir:
— Bax, gördünmü, hər zaman daha yaxşısını istərkən ömür keçir və sən ən pisinə razı olmalı olursan. Məhz buna görə zamanında əlindəkiylə kifayətlənə bilməyi öyrənmək lazımdır.Oğlan heç nə demədən çıxıb gedir və əlində olanların dəyərini indi daha çox bilməyə başlayır.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 8 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri