Xoşbəxtlik haqqında ballada

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 732
Səs ver:
(səs: 6)
Bir dəfə yaşlı pişik balaca pişik balası ilə rastlaşdı.Pişik balası quyruğunu tutmağa cəhd edərək aramsız dövrə vururdu.Yaşlı pişik dayandı və tamaşa etməyə başladı. Pişik balası isə elə hey quyruğunu tutmağa çalışır, arada bir yıxılır, sonra qalxaraq yenə quyruğunun dalınca qaçmağa başlayırdı.
-Sən niyə israrla quyruğunu tutmağa çalışırsan?-yaşlı pişik soruşdu.
-Mənə dedilər ki,-balaca pişik cavab verdi-mənim quyruğum mənim xoşbəxtliyimdir. Bax, ona görə də mən onu tutmağa çalışıram.
Yaşlı pişik gülümsəyərək - bu işi bircə yaşlı pişiklər edə bilər-dedi:
-Bir zamanlar məndə sənin kimi balaca olanda mənə dedilər ki, mənim xoşbəxtliyim də, mənim quyruğumdadır. Məndə günlərcə quyruğumu tutmaq üçün qaçdım, qaçdım amma tuta bilmədim. Yemədən, içmədən ancaq qaçdım. Yıxıldım, durdum, sonunda bu fikirdən vaz keçdim. Sadəcə durmadan ayaqlarım yorulub lap taqətdən düşənə kimi getdim. Bilirsənmi birdən mə hiss etdim?
-Nə hiss etdin?-deyə ,pişik balası maraqla soruşdu.
Mən hiss etdim ki, hara getməyimdən asılı olmayaraq quyruğumda mənim arxamca gəlirdi...
 
P.S Biz hara getsəkdə xoşbəxtlik həmişə arxamızca gəlir. Onu axtarmağa, dalınca qaçmağa ehtiyac yoxdu o özü gəlib bizi tapacaq. Həmişə xoşbəxtlik sizi izləsin.Amin!!!
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 5 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri