Hər günahın bir bədəli var

Müəllif: ayka
Şərhlər: 11
Baxılıb: 1667
Səs ver:
(səs: 3)
Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür.

Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur. Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən o, gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı gözləmədiyi halda öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir:
-Addım, addım...atdıqca artır. Hər günahın bir bədəli var...Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan daha artığını edərdi.
Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni ona danışır. Sonra oğluna bu sözləri deyir:
-Kim zina edərsə - başqasının namusuna toxunarsa, onun da namusuna toxunarlar.
Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının ismət və namusuna göz dikməklə başqalarının da gözünü onun ismət və namusuna dikilməsinə səbəb olacaqdır, onda o, bu hərəkətindən vaz keçər.
Unutmayaq ki, hər bir günahın bir bədəli vardır...

(səs: 3)
Şərhlər: 11
Baxılıb: 1667
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyla_258
ELBETTDEKI,HER GUNAHIN BIR BEDELI OLUR...
26 fevral 2015 16:41
11
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
ece uslu
cox ibretamiz hekayedi
1 fevral 2015 15:58
10
Offline
KRALİCEM
Cox gozel hekayedi
31 yanvar 2015 20:34
9
sukur verdiklerine
Offline
BARBI
Cox ibretamizdir basqasinin namusuna goz dikmek olmaz zina en boyuk gunahdir
31 yanvar 2015 20:33
8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
AYKA-ISI
Allah gunahlarimizi bagiwlasin
31 yanvar 2015 20:18
7
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
Turkan Abbasova
Oglanlar oxusunlar bi zehmet
31 yanvar 2015 20:14
6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
Qlamurr
Doğrudan da ibrətamiz hekayədi,atanın bu qədər müdrik olması çox xoşuma gəldi,bu hekayəni bəzi oğlanlar oxusa daha yaxşı olar,bir qıza,qadına qarşı pis addım atanda,aldadanda,istifadə edəndə,öz evindəki,anasını,bacısını düşünüb də hərəkət etsin...necə deyərlər nə tökərsən aşına,o da çıxar qaşığına....
31 yanvar 2015 20:03
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Çox ibretamiz hekayədi, bezi oğlanlar qızlara qarşı hansısa bir başqa cür herekete yol verse əvvəl öz bacısı, anası haqqında fikirləşməlidir, çünki onlarda bir kişinin qızı, bacısıdır təbii ki, burda söhbət abır həyalı namuslu qızlardan gedir...
31 yanvar 2015 19:11
4
Offline
emis
menaliydi cox gozel hekayeydi dusundurucu duzdu eyer o oglan ondan artig herejet etseydi oglaninda namusuna artig hereket edilerdi halaldiki o ataya nece gozel dusunub sebr edib.Allah sebr edenleri sever
31 yanvar 2015 19:05
3
Offline
rəmsə
Çox təsir edici hekayə idi.Burda deyiblər də Etmə edərlər!!!
Tşk.bacım
31 yanvar 2015 18:54
2
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Tomris Müslümova
bax bu basqa mesele ela xeber ucun tesekkurler
31 yanvar 2015 18:46
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri