İki müsəlman qardaş yaşayırdı, hansı ki, ALLAHa görə bir-birini çox
sevirdilər və bir-birini lovğalıqda deyil, xoş işlərdə ALLAHın
razılığını qazanmaq üçün yarışardılar..
Nə vaxt bir qardaş o biri qardaşın oruc tutduğunu bilərdisə, o 3 gün
daha oruc tutardı, və bunu bilən digər qardaş yenə oruc tutduğu günlərin
sayını artırardı.. Bunu bilən qardaş bir gündən bir oruc tutaraq
qardaşını qabaqlayardı..
.. və hər dəfə onlar bir-birinin xoş işləri haqqında xəbər tutanda,
onlar ALLAHın razılığı üçün daha böyük yaxşılıqlar etməyə çalışardılar..
Zaman yetişir müharibə başlayır..Cihad vaxtı gəlib çatanda qardaşlardan
biri kafirlərə əsir düşür..Kafirlər ona işgəncə verən zaman isə qardaş
göz yaşları tökərək gülməyə başlayır..
Bunu görən kafir qardaşa :
- Biz sənə işgəncə veririk sən isə gülürsən..Bu vəziyyətdə səni nə əyləndirir axı ?!
Qardaş cavabında:
- Nəhayət ki, mən qardaşımı qabaqladım, mən şəhid öləcəyəm inşALLAH! - dedi..
Kafir ona cavab verdi:
- Bu müsəlmanlıq haqda nədi başa düşə bilmirəm...Sən artıq ikinci
müsəlmansan ki, hansı ki, eyni sözü olduğu kimi mənə təkrar dedi..
P.S.: Gəlin həmişə pis işlərlə deyil, yaxşı işlərlə bir-birimizi qabaqlayaq..
ALLAH xatirinə..ALLAH rizası üçün...