Firon və şeytan

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 3 678
Səs ver:
(səs: 1)
Fironun fironluğu zamanında Misir əhalisindən biri üzüm salxımını götürüb Fironun görüşünə gedir. Fironla görüşüb ondan xahiş edərək belə deyir:

– Sən ki, bizim Allahımızsan, al bu üzüm salxımını mənim üçün daş-qaşa çevir, tainki öz borclarımı ödəyim.

Firon üzüm salxımını alıb onu necə daş-qaşa döndərməsi üçün dərin bir fikirlə öz otağına daxil olur. Bu mühüm olan işin qarşısında özünü aciz bilən vaxtda şeytan insan surətində gəlib Fironun qapısını döyməyə başlayır.

Firon soruşur:

– Qapını döyən kimdir?

Şeytan qapı arxasından belə deyir:

– Kül olsun başına. Necə olur Allahlıq iddiasını edirsən, amma bilmirsən qapını döyən kimdir?!

Sonra içəri daxil olub üzüm salxımını Firondan alıb Allahın mübarək ismi əzəmindən üzüm salxımına oxuyur. Üzüm Allahın mübarək adına görə, Allahın izni ilə cəvahirə çevrilir.

Şeytan Firona belə deyir:

– Ay Firon! Bu elmə sahib olduğum halda Allahlıq iddiasını etmədim. Sən isə nadan, cahil bir adam olduğun halda necə Allahlıq iddiasını edib deyirsən: "Həqiqətən, mən sizin ən uca olan Allahınızam.”

Firon şeytanın bu sözündən heyrətlənib şeytandan soruşur:

– Sənin ki, Allahın varlığına elmin olduğu halda Adəmə nə üçün səcdə etməyib Allah dərgahından qovuldun?

Şeytan belə cavab verir:

– Ona görə səcdə etmədim ki, bilirdim Adəmin nəslindən sənin kimi pis, şərafətsiz, ünsürlü cahillər dünyaya gələcək və mənim bir işarəmlə hesabsız günahlar edib Allaha ibadət etməyəcəksiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri