Sevgim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 924
Səs ver:
(səs: 3)
Belə başladı sevgi nağılımız. Bir zaman Tanrıdan bir sevgi diləmişdin özümə, inanırdIm qüdrətinə . Mənə bir sevgi bəxş etdi . Onunla keçən hər gün,mesajının hər sətri bir əfsanəydi mənimçün . Deyirdi : Rəngsiz həyatımı səninlə daha rəngli yaşayacam . Yaşadı da . Güvənirdi mənə . Özümü onsuz təsəvvür etmirdim, ən əziz insan idi mənimçün . Bir qarlı sabahın qar dənələrində qonaq gələn sevgi sanırdım onu . Sanırdım heç zaman əriməyəcək . Qaranlıq dünyamda təkbaşına gəzdiyim zaman bir Günəş gördüm,o günəş məni qaranlıqdan xilas elədi . Ruh verdi mənə, xoşbəxt elədi . Vahiməli dənizdə boğularkən bir külək qopdu, məni sahilə itələdi, sağ qaldım .

Qət edilməz məsafələr ... Artıq qət etmişdim sanmışdım yerimdə sayarkən,çünki O var idi !

İlk görüş . Soyuq qar günündə alovlu baxışlar ... Uçdum səmalarda əllərinə toxunarkən . Dolaşdıq qarlı küçələri, hər qar dənəsi sanki bir mələkdi, müşayiət edirdi bizi . Ağ bir dünya, Günəş, və Mələklər . Mən isə yuxudaymış kimi inana bilmirdim bunlara . Ən xoşbəxt gün, yarıya qədər, sonra ... Bir nağıl bu qədər tez bitərmi ?! Demək ki, saxtadır . Yox oldu o Günəş bir müddət . Axtardım,qaranlıqlara baş vurdum, tapmadım . Düşündüm ki, gecədir, amma, bu bir bənzətmədi axı, necə ola bilər ?! Yox oldu, və döndü – gedirəm – deyə . Bəlkə mən qoruya bilmədim bəlkə də ömrümün gecəsi başlayırdı ... Axı ... Axı gecələr Günəş olmur...

Günəşə bənzər bir insan, gəldi, bir dünya qurdu, işıqlandırdı, və sonra uşaq oyuncağı kimi sındırdı, darmadağın etdi ... Getdi ... Baxmadı bu dağıntının altından kim çıxdı, kim öldü ...
Batdı həyatımın Günəşi, gözlərimə qaranlıq çökdü, sandım ki, bu sondur, amma, milyonlarla ulduzlar o Günəşi əvəz etdi . İşıqlandırmağı onun qədər bacarmasalar da ... Anladım ki, son deyil, hər şey qabaqdadır, amma, qabağı görmürəm . Bəlkə bir həyat var, bəlkə də ölüm . Bəlkə işıq var, bəlkə də zülmət...

Gedərkən dedim qal, gəl bu dünyanı birlikdə yenidən quraq, amma, o artıq gedirdi ...

İndi isə, get . Söndür həyatımın Günəşini, qoy bu dağınıq həyatımı yenidən qurum . Get, çünki səni bu dağıntı içərisində görmək istəmirəm . Get,gözlərimi kor eləmə ! Sön, çünki odundan bir parça düşsə yanıb kül olar dünyam . Qoy öz dünyamı şam işığında, amma əzabsız qurum ...

Unutmaq istədim o Günəşi, bacarmadım, həm də yaxşılığı unutmazlar, bəs əzab ?!

Ehh, çox çətindir qərar vermək, ya unutmaq, ya öldürmək ... Amma,yox, yox ... Unutmayacam, qoy əzab versin, qoy hər gecə virus kimi beynimə girib onu didsin, dağıtsın ... Qoy onsuz həyat mənə qəbr əzabı olsun amma,bilim ki, xoşbəxtdi ... Mənimlə olmasa da ... 3 günlük bir sevgi nağılı da belə sona çatdı, Günəş söndü, qar dənəcikləri əriyib məhv oldu ... Mən isə kiçik ulduzların köməyi ilə öz həyatımı qururam . Qazandığım isə - 3 günlük xoşbəxtlik və əbədi kədər ! Və, son sözüm - Əlvida Günəşim !
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri