Sevgi və Zaman (hekayə) oxumağa dəyər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 11 762
Səs ver:
(səs: 4)
Hamzayeva tərəfindən Hekayələr içində Etiketlər: düşündürücü hekayə, dusundurucu hekaye, hekaye, hekayeler, ibretamiz hekaye, maraqli hekaye, maraqli hekayə
Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbəxtlik, Kədər, Qürur, Sevgi və başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilir. Bu xəbərdən sonra bütün duyğular adanı tərk etmək üçün hazırlaşır. Sevgi adada ən sona qalan duyğu olur, çünki mümkün olan ən son ana qədər gözləmək istəyir. Ada batdığı zaman Sevgi kömək istəməyə qərar verir. Zənginlik, çox böyük bir gəminin içində Sevginin yanından keçir. Sevgi
— Zənginlik, məni də yanına alarsanmı? deyə soruşur. Zənginlik
— Xeyr, olmaz. Gəmimdə çoxlu qızıl və gümüş var, sənin üçün yer yoxdur. deyir.
Sevgi, çox gözəl bir yelkənli gəminin içindəki Paxılı görüb kömək istəyir.
— Paxıl, nə olar mənə kömək et !
— Sənə kömək edə bilmərəm, Sevgi. İslaqsan və yelkənləri məhv edə bilərsən. deyə cavab verir.
Kədər yaxınlıqdan keçir və Sevgi kömək istəyir.
— Kədər, səninlə gəlim ?
- Of, Sevgi o qədər kədərliyəm ki, tək qalmağa ehtiyacım var. deyə Kədər dillənir.
Xoşbəxtlik də Sevginin yanından keçir. O qədər xoşbəxt olur ki, Sevginin səsini eşitmir.
Sevgi birdən bir səs eşidir.
— Gəl Sevgi! Səni yanımda apararam.Sevgi o qədər xoşbəxt olur ki, onu kömək edəninkimliyiniöyrənməyi unudur. Yeni bir adaya çatdıqlarında, Sevgi ona kömək edənə nə qədər borclu olduğunu anlayır. Digər duyğulardan soruşur.
— Mənə kömək edən kim idi?
— O, Zaman idi. deyə cavab alır.
- Zamanmı? Niyə mənə kömək etdi ki?” deyə Sevgi soruşur. Aldığı cavabsa çox sadə olur.
- Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər….
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 11 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri