Bir kitabxanada oğlan qıza yaxınlaşaraq astadan soruşur: "Yanınızda əyləşə bilərəm?".
Qız yüksək səslə deyir: "Nə, bu gecəni sizinlə keçirim? Əsla olmaz!"
Ətrafdakı hər kəs oğlana baxınca, oğlan utancaq vəziyyətdə keçib yerinə əyləşir.
Az sonra qız özü oğlana yaxınlaşıb: "Mən psixologiya üzrə təhsil alıram. Bayaq bir oğlanın utanaraq və pərt olaraq necə reaksiya verəcəyini yoxlamaq istədim. Üzr istəyirəm".
Bu dəfə oğlan yüksək səslə deyir: "Nə, 200 dollar? Bir gecəyə?"
Bu dəfə də hər kəs qıza baxmağa başlayır. Oğlan isə sakitcə ayağa qalxır və qızın qulağına deyir: "Mən də hüquq üzrə təhsil alıram. İnsanlara birini necə günahkar kimi göstərmək olar onu yoxlamaq istədim. Mən də üzr istəyirəm".