Yarıçılpaq geyib gəzmək müasirlik sayılırsa...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 834
Səs ver:
(səs: 5)
Yarıçılpaq geyib gəzmək muasirlik sayılırsa, ən müasir insanlar ibtidai icma quruluşunda yaşayanlar imiş demək..
Xalam qızı bizə gələcəyini xəbər vermişdi. Yoldaşım işdə idi. Uşaqları məktəbə yola salıb ev-eşiyə bir az əl gəzdirdim. Mətbəxə keçib bir az tum qovurdum. Elə ürəyimdə "harda qaldı bu qız?” –deyə fikirləşirdim ki, qapı döyüldü. "Şükür, gəldi” -deyib qapını açdım. Gözlərimə inanmadım. Az qaldım şoka düşüm. Salam vermədən "az, bu nə qiyafədir? Keç içəri görüm” -dedim.
 
Keçdi içəri. Görüşüb əyləşdik. Hələ heç hal-əhval tutmamış mən başladım:
"Gülnar, bu nə işdir tutmusan? Nə gözəl saçların var idi, indi niyə belə bürünmüsən sən?”
Gülümsəyərək dedi: "Gözəlliyi gərək qoruyasan ki, gözəl qalsın da. Mən elə bilirdim xoşuna gələr, axı sən seyid qızısan, həm də namaz qılırsan. Gəlmişdim ki, səni də dəvət edəm”.
-Qız, başıma xeyir, birdən vəhhabi olarsane?! Bunu sənin beyninə kim salıb, ay Gülnar?
-Əstəğfrullah, bilirsən haçandı Sahib müəllimin yanına Quran dərsinə gedirəm. Uzun zamandı o mənə nəsə bir nəsihət etmək istəyirdi. Elə ilk günlərdən "Sənə ata kimi bir neçə kəlmə sözüm olacaq” -deyirdi. Mən də bu gün o sözü deməsini istədim.
-Nə oldu, dedi?
-Hə. Sən demə mənə hicabdan danışacaqmış.
-Nə dedi ki, bəyəm? Dedi hicab bağla?
-Yox, əvvəl mənə hicabın vacib olmasının dəlillərini açıqladı. Mən nə qədər bəhanə gətirdimsə, hamısını ayə və hədislərlə cavablandırdı. Mən də haqqın qarşısında aciz qaldığımı görüb qəbul etdim.
-Hansı Quran ayələrindən danışırsan, ay qız?
-Misal üçün, Allah Əhzab surəsinin 59-cu ayəsində buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərlə örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”
Gülnar mənim, onu diqqət və heyrət içində dinlədyimi görüb davam etdi:
-Hə, bacı. Nur surəsinin 31-ci ayəsində isə belə deyilir: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)”.
Gülnar bir-bir ayə və hədislər oxuyurdu. Mənsə dəhşətə gəlmişdim. "Axı bunların hamısı Quranda varsa, bəs mən nəyə görə indiyəcən bilməmişəm” –deyə fikirləşirdim. Birdən Gülnarın sözünü kəsib "Gülnar, sənə elə gəlmirmi ki, Allah-taala bunları keçmişdəki adamlar üçün deyib? Axı indi müasirlik dövrüdür, vecə gəlmir axı” –deyərək etirazımı bildirdim.
Gülnar bir az su içib ayağa qalxdı, otaqda gəzə-gəzə "Düzdür, Allah bunları 14 əsr bundan əvvəl deyib, amma Allahın sözü qiyamət gününədək bütün bəşəriyyət üçün keçərlidir, bacım!” deyə izah etməyə başladı:
-Bir də ki, hansı müasirlikdən danışırsan, ay qiz? Yarıçılpaq geyib gəzmək muasirlik sayılırsa, ən müasir insanlar ibtidai icma quruluşunda yaşayanlar imiş demək, axı onlar daha çılpaq formada geyib-gəzirdilər.
-Ay Gülnar, nə olsun ki, mən də namaz qılıram da, bu mənə kifayət etmir deyirsən?
-Nə olsun namaz qılırsan? "Üzük qaşıynan tanınar”. Namazın yanında hicab da olsa, daha fəzilətli olmazmı?!
Gülnar bunu deyə-deyə mənə yaxın əyləşdi. Əllərimdən tutub məhəbbətlə "Necə deyərlər, dində məcburiyyət yoxdur, mən sənə yaxşılıq etmək üçün bunları dedim, əzizim, yalnız bu qədər!” -deyib gülümsədi.
Bundan sonra otağa sükut çökdü. Bir müddət sonra Gülnar sükutu pozaraq "hə, başqa nə xəbər var, müasir qız!” -deyib mövzunu dəyişdirdi. Bir az ordan-burdan danışdıq, dedik-güldük.
Gülnar birdən dərin bir ah çəkib ayağa qalxdı. "Artıq gecdir, mən getməliyəm. Uşaqları öpərsən” -deyib getmək üçün hazırlaşmağa başladı. Sağollaşıb getdi.
Uşaqlar artıq gəlmişdilər. Bir az sonra yoldaşım da işdən qayıtdı. Mən ona "Gülnar gəlmişdi, qız yamanca dəyişib” -dedim.
Yoldaşım "Necə yəni dəyişib?!” –deyə təəccüblə soruşdu.
-"Dinə çox bağlanıb” –dedim.
-Dində gərək çox dərinə getməyəsən, indiki zəmanəyə aid deyil din –deyə yoldaşım başını yellətdi.
Şamımızı yedik. Bir-iki saat keçdi. Yerləri hazırladım. Yerimizdə uzandıq. Gülnarın danışdığı sözləri yoldaşıma danışa-danışa yuxulayırdım. Nə vaxt yuxuya getdiyimi bilməmişəm. Təqribən saat 3 olardı. Tər məni bürümüş halda yuxudan ayıldım. Ağlamağa başladım. Tir-tir əsirdim. Tüklərim bi-biz olmuşdu. Yoldaşım da mənim səsimə oyanıb "Nədir, nə oldu sənə? Qorxma, yanındayam” -deyə məni sakitləşdirməyə çalışdı. Ağlaya-ağlaya "Mən sabahdan hicab bağlayacağam” -dedim.
Yoldaşım "Hicab?! Yenə nə yuxu görmüsən belə, danış görüm!” -deyərək əsnədi. Yuxumu ona danışmağa başladım:
Yuxuda gördüm ki, kəndimizdəki seyid xanım Mirzəhra ölmüşdü. O xanımı dəfn etmək mənə tapşırılmışdı. Cənazəni götürüb şəhərdən çıxdım. Gəlib qorxunc bir yerə çatdım və cənazəni yerə qoydum.
-Az sonra nurlu bir sima peyda oldu. Sözlərindən Peyğəmbər (s) olduğunu anladım. Üzünü mələklərə tutub "Götürün bu cənazəni, aparın cəzasını görsün, o da hicabsız idi” -deyə əmr etdi. Onu yerdən götürən kimi yerində bayquşlar vücuda gəldi. Sonra Peyğəmbər (s) üzünü mənə tutaraq buyurdu: "Mənim nəslimdən olan seyid xanımlar əmrimə itaət etməyib hicab bağlamırlarsa, naməhrəmlərin qarşısında hicabsız, xoşa gəlməyən görkəmdə gəzirlərsə, mən ümmətimin xanımlarından nə gözləyim?!"
-Sakit ol, ağlama, yuxudur da!
-Yox, sabahdan mən artıq hicab bağlayacağam. Axı mən də seyid qızıyam. Sən nə deyirsən, razı olacaqsan?
Yoldaşım "Vallah nə deyim, əgər düşünürsən ki, bu sənə Peyğəmbərin (s) əmridir, mən nə deyə bilərəm?” –deyib üstümü örtdü. Uzandığım yerdə fikrə getdim. "Peyğəmbər (s) bu qədər əziyyətlərə qatlanaraq belə gözəl qayda-qanunları gətirdi, indi bizim düşüncəsizliyimizin ucbatından bir-bir yuxumuza da gəlməlidir ki?” –deyə-deyə özümü danladım.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 2 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri