Üz tutdum,qiblənə,yoluna
Səcdə etdim uca dərgahına
Sən güc verdin yüksələn imanıma
Allahım!Məni namazdan ayırma.
Səni unutduracaqdan uzaq eylə.
Yoluma səmt qoy yalnız qiblə ilə,
Qoyma qəlbim dola üsyanla,gileylə
Allahım!Məni namazdan ayırma.
Taqətimi alma mənim əlimdən,
Sübhanallah qoy düşməsin dilimdən,
Mələklər əksik olmasın çiynimdən.
Allahım!Məni namazdan ayırma.
Son nəfəsə qədər edim ibadət,
Həkk olunsun qəlbimə hidayət.
İzninlə,edim Kəbəni ziyarət,
Allahım!Məni namazdan ayırma.
İzin ver sığınım Sənə,
İmanıma iman qatım yenə,
Ruhum namazla çiçəklənə
Allahım!Məni namazdan ayırma.