Cavabsız suallar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 301
Səs ver:
(səs: 1)
Bitirmək istədim sətirlərimi,çünki qorxurdum! Birdən bitirməsəm o məni bitirəcək deyə.Zalım həyat! Hər gün yazdıqca başıma gəlirdi, olanlar.İnsanların səhvini qələmə aldıqca səhv etdiyimi anladım. Fikirləşdim ki, bunlar yəni bilmirlər nə baş verdiyini?...
- Zaman gedir, önəmli məsələlər var indi qarşıda.Yaşamaq üçün əziyyət çəkməli olduğumu anladım, amma yaşamadan əziyyət çəkən insanlar görüb düşündüm.Nə mənası?! Bilmək istədim ölüm insana yaxın olduğu qədər insana daha yaxın nə var?!
- Cavabsız suallarm artdıqca, səbəbsiz yaşamım məni vecsizləşdirirdi. Həyat maraqsızlaşırdı, hər gün işdən evə gedən insanın yay tətilini gözləməsi qədər...
Doğru cümlələr insana başqa nə vəd edə bilər? Cavabslz suallar ömrümü azaldar deyə indi ancaq cavab verirəm.
- Bilmirəm.
Doğrudanda həyat insana hər şeyi vəd edir,lazımsız partyalar kimi...İndi qalustuklu adamların prinsiplərindən və yaşamaq üçün çalışan insanların əziyyətlərindən İbarətdi həyat. Yazılarımın içində yaşlanıram hər gün. Bircə prablem bəsdir ki, qurduğum oyun dağılsın...
- Mən heçnə edə bilmərəm, çünki hər fəsil böyüyürəm. Cavabsız suallarımın sayı ürək döyüntümün sayından 2 dəfə çoxdur.Qayıtmaq istəyirəm arxaya, 2007 və köhnə qar topular...Fikirləşmək istədiyim zaman zəng gəlir: Qayıt evə hava soyuqdur.
- Bu gün Bakının dəyişildiyini yox,oğurlandığını anladım.Şəxsi binalar və göydələnlər... Şəhər yeniləndikcə Bakının zənginlər tərəfindən şəxsiləşdiyinin şahidi oldum.
Çox mürəkkəb məsələdi yaşananlar. Bacarığım olsaydı bu barədə musiqi bəstəliyərdim.Biraz səbrim olsaydı, sakit oturub göz pərdələrimi yumaraq son beyti söyləyib, doğma şəhərdən ayrılardım!
- Və sonda bu yazını fəlsəfəsiz bitirirəm, səbəb: Suallara cavab tapa bilməməyim...!

- Süleyman Əliyev
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri