İki üzlü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 774
Səs ver:
(səs: 2)
- Həyat mənə yaxşı öyrətdi iki üzlü olmağı. Bir üzündə insanlar digər üzündə isə mən!.Yaşamaq üçün saxtakar olmağı bacarmalısan,çünki yaşayanların səmimiyyəti yalanlarının bəhrəsidir.Başa düşmək üçün içki içməyə ehtiyac yoxdu.Arxana dön bax, biraz uzaqlaş yaşadığın yerdən, necə itdiyini,necə kasıb olduğunu anlayacaqsan.
- Təəccüblənmək lazım deyil həyatın qanunu budur. Mənim pulum olsaydı, bəlkə yaxınlarımın çoxu həyatda idi. Hələdə həyata bağlanan insanlar var.21 milyard pulu olan insana bircə kəfən kifayət etdi dəfn olunması üçün. Qazanmaq üçün həyatını hədər etmək?!
Bu gün yazdıqlarımı sabah oxuyanda, özüm-özümə sual verirəm, mən nə yazmışam?! Mənə ən çox pul lazımdır. Hətta aylıq maaş versələr, ancaq konstitusiyanın ədalətli maddələrindən yazardım. Yaşamaq üçün dinləməlisən, həqiqət olmasa belə dinləməlisən.
- Qəribədi həyat, kasıblar pul axtarışında, varlılar vicdan.Ortaq məqsəd odur ki, ikisinində ehtiyacı var.Biri ailə dolandırmaq üçün, digəri kim olduğunu bilmək üçün...
Nə vaxtsa şəhirimə doğma baxsam biləcəm ki, məndə hər ikisidə var.
Qaçmaq lazımdır iki üzlü mənəviyyatsızlardan. Onlar bir yol seçdilər, yüz bataqlıqdan keçərək..O qədər günah etdilər ki, şeytan belə, adəm oğulları ilə müqayisədə özünü mömin saydı. Necədə iyrənc görsənir iki üzlü insanın bir bədəni...!
Dinləmək üçün birinci qulağındakı yalanları boşaltmalısan. Sənə cadu etmiyiblər,sadəcə onlar qulağına pıçıldayıb!
Bu gün hansı masakanı geyinəcəyimizi fikirləşənə kimi, bir kitab oxusaydıq, həqiqətə qanundan çox inanardıq. Bu gün pulsuz yazıram, bütün sətirlərimi, dünənkilər kimi.Mənə çox şey vəd etdilər dünənkilər kimi!
Həyatda insanların vədləri və Darvinin nəzəriyyələri qədər gülünc və maraqsız heçnə yoxdur.
Cəmiyyətdə üzlərdən başqa heçnə dəyişmir.Həyatda bircə fəsil olsaydı, bəlkə günahlarımızın sayı azalardı, bəlkədə sevgini bu qədər qabartmazdıq...
Biz insanlar olmuyan bir şeyi daha gözəl, daha səmimi söyləyirik, çünki bunu daha yaxşı bacarırıq. Və məndə onlardan biriyəm.Bəli! Onlardan biriyəm.
- Həyatımın ikinci üzünün şəxsiyyət vəsiqəsi: "Saxtakarov", "Vecsiz", "İnsan oğlu".

- Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri