Sizə xidmət eləyənləri hər zaman xatırlayın

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 1 838
Səs ver:
(səs: 4)
Bir gün bir uşaq şirniyyat satılan kafeyə daxil oldu. Ofisiant qız tələsik uşağın yanına qaçıb nə sifariş vermək istədiyini soruşdu. Uşaq şokoladlı keksin neçəyə olduğunu soruşdu. Ofisiant qız "50cent" dedi. Uşaq cibindən çıxardığı xırda pulları saydı və "bəs dondurma neçəyədir" deyə soruşdu. Ofisiant qız "35cent" dedi. Uşaq bir dondurma istədiyini bildirdi.Ofisiant qız dondurmanı gətirdi və hesabı aldı. Bir azdan uşaq dondurmanı yeyib qurtardı və getdi.Ofisiant qız dondurma qabını götürmək istəyəndə donub qaldı, gözləri yaşardı. Qabın yanında uşağın qoyduğu 15cent var idi...
Qədim vaxtlarda bir kral sarayın qarşısındakı yolun üzərinə böyük bir qaya qoydurur və özü də pəncərədən saraya gələn insanların bu qayaya reaksiyasını bilmək üçün baxırdı. Ölkənin ən varlı tacirləri, ən güclü karvan başçıları saraya gələr, qayanın saraya gedən yolu uzatdığını görəndə deyinə deyinə saraya gedərdilər. Hətta bəziləri xalqdan bu qədər vergi alındığını lakin yolun təmizlənmədiyini deyər, yolarına davam edərdilər. Bir gün isə bir kəndli saraya tərəvəz gətirmək üçün gəlir və yolda qayanı görəndə qan tərə bata-bata qayanı yoldan kənara çəkir. Qayanı çəkəndən sonra isə qayanın yerində pulla dolu bir kisə görür. Kisənin içində bir qeyd də var idi "Bu qızıllar qayanı yoldan çəkən insana aiddir." Bundan belə bir nəticə çıxarın ki, həyatımızdaki hər bir problem həyatımızı da da yaxşılaşdırmağa bir stimuldur.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 1 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri