Həmin şəhər behiştdir...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 014
Səs ver:
(səs: 4)
Bir hökmdar qərara gəlir ki, hər cür eyb və nöqsandan uzaq olan bir şəhər saldırsın. Bu məqsədlə dünyanın hər yerindən ən məşhur memarları işə cəlb edir. İllər ötdükdən sonra şəhər hazır olur. Hökmdar başqa ölkələrin padşahlarını bu şəhərə baxmağa dəvət edir. Onlardan sonra ölkənin rəiyyətini də şəhərə tamaşa etməyə buraxırlar. Hamı bir ağızdan təsdiq edir ki, bu gözəllikdə şəhər dünyanın heç yerində yoxdur və onun quruluşunda zərrəcə nöqsan tapmaq mümkün deyil. Qəflətən bir qoca kişi padşaha deyir: «Əgər mənə aman versən, bu şəhərin iki ən böyük eybini sənə deyərəm».
Hökmdarın icazəsini aldıqdan sonra qoca söyləyir: «Şəhərin birinci eybi budur ki, onu tikdirən şəxs əvvəl-axır öləcək. İkinci eyb budur ki, şəhərin özü də əvvəl-axır uçulub viran qalacaq və xarabalığa çevriləcək».
Hökmdar qocanın haqlı olduğunu təsdiq edir, sonra soruşur: «Bəs, mən nə edim?». Qoca cavab verir: «Sən özün üçün elə bir şəhər yarat ki, nə o özü viran olsun, nə də sən onun içində qocalıb öləsən». Hökmdar təəccüblə xəbər alır: «Dediyin şəhəri necə yarada bilərəm ki?». Qoca söyləyir: «Həmin şəhər behiştdir və sən onu öz xeyir əməllərinlə yarada bilərsən».
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri