Səndən yemək istədim

Şərhlər: 7
Baxılıb: 2 176
Səs ver:
(səs: 4)
Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: "(Qiyamət günü) Allah öz quluna buyuracaq: "Səndən yemək istədim, Mənə yemək vermədin”. Qul deyəcək: "Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq: "Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Yenə buyuracaq:
"Ey Adəm oğlu! Səndən su istədim, Mənə su vermədin”. Qul deyəcək: "Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su istəyəsən, mən də Sənə su verməyim?” Allah buyuracaq: "Filan qulum səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki, əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Yenə buyuracaq:
"Ey Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin”. Qul deyəcək: "Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə bilərdim?” Allah buyuracaq: "Filan qulumun xəstələndiyini bilmirdinmi? Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın”, yaxud "Məni onun yanında tapardın”. (əl-Buxari "Ədəbul-Mufrad”, 517).
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 176
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri