Unudulmayan sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2281
Səs ver:
(səs: 0)
Kimisə gözləyirmiş kimi heç vaxt gözlərini yoldan çəkməzdi.Səhər açılar-açılmaz yenə həmin yolun kənarında dizlərini qucaqlamış vəziyyətdə oturardı.Dinməz,danışmaz,bir kimsəylə kəlmə kəsməz,günləri biri-birinin ardınca beləcə yola verərdi.Bir neçə dəfə görmüşdüm onu həmin yerdə.Yaxınlaşmaq istəmişdim,amma nədənsə buna cürət etmirdim.Bəlkə qorxurdum onun bu qəzəbli görünüşündən.Yox.Bəlkə nəsə soruşsaydım üstümə qışqıracaqdı.İnanmıram.Həmişə yanından keçəndə yalnız bu qəmli misraları eşitmək olardı.
Yollar gözümdə böyüyər sonunda sənə çatmaq yox ki
Kiçik bir uşaq kimiyəm indi kədərli ağlayaraq
Sənin şəfqət dolu qucağını elə axtarıram ki
Qolum-qanadım qırıq ...sən olmayınca
Barəsində danışdığım insan iki il əvvəl canından çox sevdiyi nişanlısının bir neçə əli silahlıların atəşinə tuş gəlməsi nəticəsində ölməsi və buna görə "Məcnun" kimi gözü yollarda qalan 26 yaşlı Tahir idi.Məni bu haqda maraqlanmağa vadar edən onun qəmli,yalvarışlı baxışları idi.Ağlayanda onu sakitləşdirmək qeyri-mümkün hal idi.Dözməyib soraqlaşıb yaşadığı evə getmişdim.Əvvəl qapını döyməyə cəsarət etmirdim.Düşündüm ki,əgər evdəkilərə mən Tahirin vəziyyəti ilə bağlı hadisəni öyrənməyə gəlmişəm desəm yəqin ki mənfi cavab verəcəkdilər.Bəlkə də aldığım cavabı günlərlə fikirləşəcəkdim "axı mən ora pis niyyətlə getməmişdim".Tərəddüdlü addımlarla qapıya yaxınlaşdım.Yerdən kiçik daş parçası götürüb astaca qapını taqqıldatdım.Kimsə açmadı.Qapının cəftəsini əyəndə açıq olduğunu gördüm.İçəridə kimsə yox idi.Düşündüyüm kimi olmadı.Qaranlıq otaq,küncdə stol,üzərində bir şəkil və şəklin yanında qan ləkələri olan ağ köynək.Təəccübləndim.Boynuma alıram ki,biraz da qorxdum.Ayaq səsləri eşitdim.Gələn Tahir idi.Qəzəbli baxışlarıyla məni süzdü.Mənsə donub yerimdəcə qalmışdım.Nə deyəcəyimi bilmirdim.Getmə istəyirdim ki birdən Tahirin "dayan" deyə səslənməsi qulaqlarımda elə bil təbil səslərini canlandırdı.Fikir vermədən yenə addımladım.Yenə Tahir "dayan" deyə səsləndi.Artıq bu dəfə əmin oldum ki,Tahir mənimlə danışmaq istəyir.Arxaya çevrildim.Onun gözlərindən yaş  axa-axa sakitcə pıçıldayırdı "mən onu itirdim", "onu vurdular", "qanlar içindəydi" .Bu sözlərdən sonra Tahirə yaxınlaşıb onu sakitləşdirməyə çalışdım.Hıcqırtısı evi bürümüşdü.Sakitləşdikdən sonra başına gələnləri mənə danışdı.Sən demə iki il əvvəl nişanlısı Kəmaləni öz kəndlərinə gəzməyə gətiribmiş.Gəzinti bitdikdən sonra onu evlərinə ötürmək üçün yola çıxır və sonuncu dəfə sağollaşırlar.Gələn avtobusun içində adi kəndli paltarı geyinmiş əli silahlı adamların olacağını belə düşünməmişdilər.Bu zaman avtobusdan əli silahlı 4-5 nəfər avtobusdan enərək Kəmalənin ürək nahiyəsindən atəş açırlar.Tahir isə onları dayandırmağa çalışır.Lakin Tahirə güllə açsalar da xoşbəxtlikdən o sağ qalır.Biraz bundan əvvəl gördüyüm qan ləkəli köynək isə Kəmalənin imiş.Xəstəxanada Tahir onu Kəmalədən yadigar kimi götürmüşdü.
Nələr hiss etdiyimi kimsə bilməz,çəkdiyimi kimsə çəkə bilməz.Məni tərk etdiyin gün saçlarından bir tel qoparıb asacağam özümü,məni tərk etdiyin gün kirpiklərindən birini qoparıb sancacam qəlbimə və məni tərk etdiyin gün öləcəyəm demişdim.Amma ölmədim yaşayıram.Tahirin sözləri bir ox kimi qəlbimə sancıldı.O gündən qartıq bir il keçibdir.İndi onun nə vəziyyətdə olduğunu,nə etdiyini bilmirəm.Şəhərdə işlərim bitən kimi ilk işim Tahiri görmək olacaq.Bəlkə də o artıq evlənib,xoşbəxt ailəsi var.Ümid edirəm ki,bu belədir.Bəs siz neyləyərdiniz-canınızdan çox sevdiyinizin ağrı-acısını ürəyinizdə daşıyardınız,yoxsa öldü deyib başqasıyla xoşbəxt olaram kəlməsiylə unutdunuzmu?
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 2281
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 3263
Xəbər sayı: 42
kiraz mevsimci kiz
esl sevgi hec vaxt unudulmur basqa biriyle evlensen bele xosbext ola bilmezsen daima o qalar ureyinde ALLAH hec bir seveni ayirmasin agla
30 yanvar 2016 13:50
11
kas tez gelsen qaqasim
Şərh sayı: 5652
Xəbər sayı: 13
ayka95
cox tesirli hekaye oldu
29 yanvar 2016 23:45
10
Şərh sayı: 7864
Xəbər sayı: 1323
Son Bahar
Allah kimseye sevgi ezabi yawatmasin...allah butun ureyden sevenleri qovuwdursun....aminnn!!!
29 yanvar 2016 23:45
9
Son Bahar kadini
Şərh sayı: 8558
Xəbər sayı: 121
Miss_Angel
mende bir zamanlar cekmiwem hami kimi ama qisa cekib mene deyiler ki enin ureyin yoxdu ay ele bele men ezab cekmiwem en cox atamin yoxluguna gore bawqa insanin yoxlugu mene qoymaz bu qeder gedir ceheneme gedsin hec maraqlida deyil hec ureyimede salib agliyib heyadan kusmerem geden birir ucun ezab cekmerem isder gozumun wah gilesi ola sevgilim meni ata men oturub derd cekerem eee olmuwdu xan kiwiw
o ki olum ayirara o bawqa mesele ama ki meni ataib gede mende yas saxliyim ele wey menlik deyil gediyi gun uzaq bawi ondan sora 2-3 gun pis olaram ama 4cu gun hobala kef ederem derd edmerem meni sevmiyeni men dunenden sevmirem silerem heyatimdan hec yoxmuw kimi ve bunuda bawariram
29 yanvar 2016 23:25
8
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Şərh sayı: 10659
Xəbər sayı: 0
qanadli melek
Insanin gozu onunde sevdiyinin oldurulmesi dehsetdi.buna dozmek olmaz.Allah hec kime yawatmasin
29 yanvar 2016 23:06
7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Şərh sayı: 72556
Xəbər sayı: 1
vipbetul
bu gur hadiseni unutmaq cetin olar ne qederde desek ki essi bos ver insanin oz basina gelmeyinge onu anlamasi mumkun deyil bir muddet beli yasini saxlamalidir yasayirsa yasayibsa demek heyatini davam tedirmeyide bagarmalidir
29 yanvar 2016 22:26
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 15186
Xəbər sayı: 995
Antikvar
Tahir balaca oğlumun adıdı. Bu səbəbdən hekayə mənə nədənsə daha çox təsir etdi. Heç zaman istəmərəm oğlum belə adaletsiz sevgi ilə üz üzə qalsın. Sevgi gözəl hissdi bunun dəyərini bilib qiymətləndirilənlərə dahada əzizdir. Amma bu fani həyatdan kim sığortalanıb ki, sabahı başına nə gələr nələrdən keçər, o sevgi insanın qəlbinin bir hissəsində gizlin yaşayacaq bir ömür boyu evlənməmək yasını saxlamaq düzgün olmaz, o acı ilə yaşamaq mümkün deyil insanı yeyib bitirəcək, özünə yeni həyat qurmaqla azda olsa keçmişi unutdurmağa kömək olacaq.
Unutmaram Vətənimdə olanda gecə saat 10-11olardı Qardaşım maşını ilə bizi Bulvara aparırdı gəzməyə birdən yolun kənarında çox az yaşlı qız olardı lap ilk sıralardakı kimi hallar yaşayırdı, ayaqlarını qucaqlayıb ağlayırdı, mənə çox maraqlı gəldi o qızın göz yaşları çox istədim maşından enib nədən ağladığını soruşum amma alınmadı o qız gözdən itinə qədər izlədim elə içdən ağlayırdı ətrafın onu seyr etməyi belə vecinə deyildi, bu göz yaşları ancaq və ancaq sevgi göz yaşları ola bilərdi, təəssüfləndiyim o oldu o yaşda o göz yaşı kimsəyə görə tökməyə dəyərdimi? Bu mətni oxuduqda o qız ağlıma gəldi yenidən... Allah sevənləri ayırmasın.
29 yanvar 2016 20:52
5
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Şərh sayı: 1883
Xəbər sayı: 36
savior angel
Cox tesirli hadisedi oxuyanda gozlerim doldu.Allah hec kesi sevdiyi ile sinaga cekmesin heqiqeten sevibde ayri qalmaq ezabli hissdi.Hec duwmenimede arzulamiram bunu.Sual cox yaxwi sualdi.Wexsen men ozumnen yazacam. Mende sevgilimi nece ildi gozduyurem vee sonsuza kimi de gozluyecem.Herden bu suali sevgilimede verirem deyiremki Allah elemesin heyatin iwidide bilmek olmaz 2deq sonra bawimiza ne gelecek iwdi birden mene nese olsa ve yaxudda her hansi bir weyde meni itirsen bawqasiyla evlenersen hemiweee birinci sozu bu olurki omrumun sonuna kimi subay qalaram eger evlensem bele anamgil mecbur etseler bele o qizla ele davranaramki mene geldiyine pewman olar ve s ilaxir.Ve hemen sozler ele mene de aiddii men Allah elemesin ona nese olsa olsemde bawqasini sevmerem ve evlenmerem,belkede bu sozler coxlarina nece deyim wiwirdilmiw kimi ve yaxudda qeribe geler amma heqiqi sozumdu inanin allaha men ozumu belkede oldurerem amma bawqasina getmerem.Ozum iwliyerem bawimi dolandiraram hec ailemede yuk olmaram.Cunki verdiyim sozler icdiyim andlar mene gunah olar.Biz bir birimize sonsuz soz vermiwik ki birimize nese olsa bele hec vaxt sevgimize xeyanet edib bawqasiyla evlenmiyeciyik.Lap mecburda qalsam ne menasi var o qurdugum heyatin ?!!bir wey ki menim ureyimde bawqasi ola ola o aileden aile olmaz hec vaxt .Bir sozle Allah hec kesi sevdiyi ile imtahan etmesin butun sevenleri bir birine sag salamat qovuwdurub xowbext etsin.
29 yanvar 2016 20:28
4
Şərh sayı: 1766
Xəbər sayı: 0
Balacam
Cox pis oldum..
29 yanvar 2016 19:32
3
Şərh sayı: 16535
Xəbər sayı: 1522
Tomris Müslümova
Çox gözəl sualdır və təsirli bir yazdırı.Yazaqlarım kiməsə xoş getsin deyə yox,kimsə yaxşı fikirləşsin deyə sırf qəlbimnən əllərimə süzülən fikirlərimi yazacam.Belə hadisə eşitmişəm.Bunu yazım sonra keçərəm sualıma.Bir molla olur.Görür qəbristanlığa bir gəlin və əlindən tutduğu bir balaca uşaq gəlir.Yaxınlaşır bu molaya deyir ki,bu qəbristanlıqda yatan filankəsov filankəsə Quran oxuyarsız və pul uzadır.Kişi donur qalır yerində deyir ki,sən o həmin kəsin nəəyisənki? Gəlin deyir ki,mən onunla istəkli olmuşam o vəfat etdi.Mən sonra ərə getdim buda məniç uşağımdır.Mollada qayıdıb deyir ki o dediyin insanda mənim oğlumdur...Mən seçim edərkən heç bilməzdimki o nə vaxtsa gedib hərbiçi olacaq.Heç ağlımızın ucundan belə keçmirdi.Hələ 8 də oxuyanda mənə hədiyyə olaraq əsgər batinkası verməsi görünür buna bir işarə imiş və bizdə bundan xəbərsiz.Tale onu apardı çıxardı hərbi akademiyaya.Heçdə təhlükəsis sadə işi olmuyacaq.Hər an ölümlə üz-üzə dayanan zabit yoldaşı olacam.Hələ evli olmasaqda əgər ki onun başına bir iş gəlsə ki Allah o günü mənə göstərməsin.Qətiyyən intihar filan düşünmərəm.Çünki mənimdə anam atam gözü yaşlı qala bilər.Onları düşünərəm.Heç vaxt heç vaxt demiyim ki heç zamanda ərə getmərəm.Hər şeyin öz yeri var.Mən kiməsə ərə getməklə vəfasız çıxmış sayılmıram.Vəfasız o zaman olaramki onun yolunu gözləmədən ərə gedəm.Mən onu neçə ildi gözləyirəm.Evdə qalıbda kiməsədə yük olmaram.Əgər öz əlim öz başım olacaqsa hə getmərəm ərə elə bilərəm ki yenə gələcək və mənim gözlədiyim var.Yox dövran dəyişsə gəlin burunlasa məni hə artıq öz başımın çarəsinə baxar.Sırf ailə olsun deyə.Orda heç bir sevgidən söhbət gedə bilməz və o unudulmaz qəlbimdə.Düzdür evlənsəmdə ərimlə it kimi davranası deyiləm.Oda insandı və günhı yoxdu mənim başıma gələnlərdə.Allah uzaq eləsin bu hadisəni bizdən və hər kəsdən.Ancaq hər ehtimala qarşı yazdım.Təşəkkürlər.
29 yanvar 2016 19:16
2
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 3400
Xəbər sayı: 149
aLoNe AnGeL
Allah sevgi acisi cekdirmesin cekenlere komek cekdirenlere ezab versin-Amin
29 yanvar 2016 18:34
1
Geri sayim basladi...
Sen qalxmaga davam etdiyin muddetce istenilen ZiRvE elcatandir!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri