Məfzəl
nəql edir ki, dostlarımla bir yerdə İmam Sadiqi (ə) görməyə gəlmişdik.
Evinin qapısına çatanda gördük ki, Həzrət (ə) danışır, ancaq ərəb
dilində deyildir. Ondan sonra da ağlamağa başladı və biz də Həzrətin (ə)
bu göz yaşlarına ağladıq. Bu zaman İmamın (ə) nökəri gəldi və bizi evə
dəvət etdi.
Biz
Həzrətin (ə) xidmətinə gələndə hal-əhvaldan sonra ondan soruşduq ki,
danışdıqları hansı dildə idi. İmam (ə) buyurdu: "Bəli, mən İlyası (ə)
xatırlamışdım ki, o, Bəni-İsrayilin abid peyğəmbərlərindən idi. Onun
səcdədə oxuduğu duanı oxudum". Sonra həmin duanı bizim üçün süryani
dilində oxudu və onu ərəb dilinə tərcümə etdi. Dedi: "İlyas səcdədə belə
dua edərdi: "Allahım! Həqiqətən Sənə elə baxım ki, mənə əzab
verəcəksən, halbuki isti günlərini Sənə xatir oruc tutaraq susuzluq
çəkmişəm? Sənə elə baxım ki, mənə əzab verəcəksən, o halda ki, Sənin
üçün üzümü səcdədə torpağa sürtmüşəm? Sənə elə baxım ki, mənə əzab
verəcəksən, halbuki Sənə xatir günahlardan uzaq olmuşam? Sənə elə baxım
ki, mənə əzab verəcəksən, o halda ki, hər gecə Sənin üçün ibadət
etmişəm?".
Allah İlyasa (ə) vəhy edir: "Başını səcdədən qaldır ki, sənə əzab verməyəcəyəm".
İlyas (ə) deyir: "Ey böyük Allah! Əgər bu sözü dedin ki, sənə əzab
verməyəcəyəm və sonra mənə əzab versən, nə edim? Məgər belə deyildirmi
ki, mən Sənin bəndən, Sən də mənim Pərvərdigarımsan?".
Allah yenə vəhy edir: "Başını səcdədən qaldır ki, Mən sənə əzab verməyəcəyəm. Verdiyim vədəyə əməl edəcəyəm""