Gizlənən sevgilər

Şərhlər: 9
Baxılıb: 3 640
Səs ver:
(səs: 5)
Bu yazı gerçək bir eşq hekayəsini izah etməkdədir və yazıların hamısı aşiq cavanın gündəliyindən alınmışdır:

10. sinif
İngiliscə dərsində yanımda bir qız otururdu onun üçün 'mənim ən yaxşı yoldaşım' deyirdim ... amma mən onun ipək kimi saçlarına baxıb onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim, dərsdən sonra qalxdı və keçən gün sinifdə olmadığı üçün o günün qeydlərini istədi ona qeydləri verərkən mənə təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

11. sinif
Telefonum çaldı, axtaran O idi və ağlayırdı mənə aşan necə ürəyini qırdığını izah etdi, məni evinə çağırdı, tək qalmaq istəmədiyini söylədi, məndə təbii ki getdim, kresloya, onun yanına oturdum, gözəl gözlərinə baxmağa başladım və onun mənim olmasını dilədim, 2 saat sonra Drew Barrymore ' un bir filmi başladı və onu izlədik filmi izlədikdən sonra yatmağa qərar verdi, mənə hər şey üçün təşəkkür etdi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

Son sinif
Məzuniyyət balından bir gün əvvəl yanıma gəldi və "çıxdığım uşaq xəstə və partiyaya gələ bilməyəcək" dedi, mənimdə çıxdığım biri yox idi və 7. sinifdə bir-birimizə söz vermişdik əgər çıxdığımız biri olmazsa partiyalara birlikdə gedəcəkdik, "ən yaxşı yoldaş" olaraq. Və partiyaya birlikdə getdik, o axşam çox gözəl idi, hər şey yolunda getdi, partiyadan sonra onu evinə qapısının önünə qədər buraxdım, qapının qarşısında ona baxdım o da mənə o gözəl gözləriylə gülümsəyərək baxdı. Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim, mənə "həyatımın ən gözəl zamanını keçirdiyini" söylədi və yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

Günlər, həftələr, aylar keçdi və məzuniyyət günü gəldi çatdı ...
Davamlı onu izlədim onun mükəmməl bədənini seyr etdim. Diplomatiyanı almaq üçün səhnəyə çıxarkən sanki havada süzülən bir mələk kimi idi. Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Hər kəs evinə getmədən əvvəl yanıma gəldi və ağlayaraq mənə sarıldı sonra başını çiynimə qoydu və "sən mənim ən yaxşı yoldaşımsan, təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

Aradan illər keçdi ...
Bir kilsədəyəm və o qızın nigahını izləyirəm ... bəli artıq evlənirdi, onun "bəli, qəbul edirəm" deməsini, yeni həyatına girməsini izlədim, başqa bir adamla evli olaraq. Onun mənim olmasını istəyirdim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Yeni həyatına girmədən əvvəl yanıma gəldi və "nigahıma gəldin təşəkkürlər" deyib yanağımdan öpdü. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ...

İllər çox tez keçdi ...
Bu an mənim bir zamanlar ən yaxşı yoldaşım olan qızın tabutuna baxıram, əşyaları toplanarkən lisey illərində yazdığı gündəliyi ortaya çıxdı ... Dərhal gündəliyini götürdüm və gündəlikdə oxuduğum sətirlər belə idi ...

"Onun gözlərinə baxaraq onun mənim olmasını dilədim ... Amma o mənə mənim ona baxdığım gözlə baxmırdı bunu bilirdim. Onu yalnız yoldaş olaraq istəmədiyimi bilməsini istəyirdim, onu çox sevirdim amma söyləyə bilmirdim səbəbini bilmirəm amma çox utanırdım ... Kaş ki mənə məni bir dəfə sevdiyini söyləsəydi ... "
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri