Yatağındakı xain

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 987
Səs ver:
(səs: 2)
Çox yaşanmışdı onun ömründə sevgilər. Sanki hər insanda xəyalındakı insanın bir üzvünü tapırdı. Hey cəmləyib bir adam etmək istəyirdi, alınmırdı. Birində olan, birində yox idi. Kənardakı insanların diqqətində olmağa elə öyrəşmişdi ki, Arzu, sanki ayağı yerə dəymirdi. Hər zaman kənardakılar tərəfindən sevilmək insana qanad verir. İtirdiklərini də gözə almırsan. Ancaq Arzu ailədə heç xoşbəxt deyildi. Hər gün dava-dalaş, qısqanclıq çilədən çıxardırdı onu. Ətraf diqqəti görəndə " mən nə üçün dözməliyəm? Kim üçün?”-deyə düşünürdü.
Həyatının sıxıntılı dönəmiydi. Heç nədən, heç kimdən çəkinmədən hər bir addımı aşikar atmağa belə cəsarəti çatırdı. Əhməd də onu bəyənən növbəti bir gənc idi. Gənc deyəndə ki, hər ikisi ailəli insanlar idi. Çox qəribə tanışlıqları var idi. Hər ikisi də qarşısındakından nə istədiklərini bilirdilər. Əhməd Arzunu sıradan bir qadın sayırdı. Sıradan, ancaq gözəl. Nəyinəsə də görə sıradan qadınlar içində də xüsusiləşdirmişdi. Sıradan, özəl bir qadın. Çox qəribə etiraf idi Arzu üçün bu. Bu da bir şansdır, sıradan və özəl olmaq. Hər adama qismət olmurdu. Bəlkə də, bu qeyri-adi özəllik Arzunun ona bağlanmasının ilk mərhələsiydi.
Bəs Əhməd kim idi Arzu üçün? Zövqündə belə olmayan, həyatını rəngləndirmək üçün bir az zaman keçirəcəyi biri. Sadəcə, başqatan bir vasitə. Arzunu problemlərdən uzaqlaşdıran bir vasitə.
Ailədəki vəziyyət Arzunu evdən o qədər uzaqlaşdırmışdı ki, hətta körpələri belə atıb getmək ağlından keçirdi. Sanki dar qəfəsdə qalıb boğulan, öz yuvasında olmayan bir quş kimiydi. Qəfəsin qapısının açılmasına bənd idi. Geriyə baxmadan ucsuz-bucaqsız səmalara uçardı.
Zaman, qayğı, diqqət insanı yolundan döndərə bilərmiş.
Əhmədin Arzuyla tanış etdiyi biri də ona meyl salmışdı.Təbii qadının da belə yumuşaq olduğunu gördükdə niyə də sevgisini bəyan etməsin? Arzu niyə?, nə üçün? etdiyini bilmədən, Əhməd haqda düşünmədən bu gizli, qiyabi eşqi yaşamağa davam edirdi. Ancaq bir şeydən əmin idi, "o insan mənə lazım deyil”. Bəs niyə? Cavabını özü belə bilmədiyi lazımsız münasibət.
Yenə Əhmədlə gözəl bir görüş. Sevgi, diqqət, qayğı dolu bir gün. Sevgidən pərvazlanmışdı Arzu. Eyş-işrəti Arzuya gələn mesaj pozdu. Əhmədin öncədən baş qaldırmış şübhələri bir az da dirçəldi. Yazıları bir-bir oxuduqca gövdəsi əsir, gözləri qan çanağına dönürdü. Ancaq yenə də oxuyurdu. Sanki bu çılpaq yazışmanı oxuyaraq özünə əziyyət verməkdən zövq alırdı.
"Bağışla məni, yalvarıram məni atma, sən də məni atsan, darmadağın olaram” sözləri sanki uzaqdan eşidilirdi. Əhməd bir burulğana düşmüşdü. Bu acizanə yalvarışlar onun düzgün qərar verməsinə əngəl olurdu. Özünü öyən Arzu necə cılızlaşmışdı. Nə zamansa sevgi üçün yalvaracağını ağlına da gətirməzdi. Yuxudan ayılmışdı Arzu. O an Əhmədin atacağı bir addım var idi, xainin üzünə belə baxmadan uzaqlaşmaq. Bəs ayaqları getdimi? Sevdiyinin göz yaşımı, çəkdiyi əzablara, peşmanlığa inanmaq istəyimi, ya onu itirmək qorxusumu onu saxladı? Bilmədi. Dediyi bir cümlə oldu: ”Mən səni itirmişəmmiş. Yenidən qazanmalıyam.” Bəlkə də, düşünmədən dediyi bir cümləydi. Bu etiraf Arzunun ağlayan gözlərinin gülməsinə, həyata ikiəlli yapışmasına, sevgisini əbədi qorumasına bir təkan oldu.
Günaha bataraq sevmək belə insanı xoşbəxt, hüzurlu edərmiş...
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri