Vəfalı yoldaş 29 fevral

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 2 509
Səs ver:
(səs: 5)
Çox köhnə tarixlərdə fevral ayı 30 gün imiş. Bütün günlər xoşbəxt məsud təqvimlərdən keçib, gedirmiş. Bir gün biri çıxıb 14 Fevralı Sevgililər günü, 30 Fevralı da Yalnızlar günü olaraq elan etmiş. Və hər il qeyd edilməyə başlanmış. Lakin bayrama qatılmayan tək gün 30 fevral imiş. O qədər yalnız imiş ki, heç kim onunla maraqlanmırmış. Heç kim 30 fevralı sevmirmiş. Daha çox yalnızlığa dözə bilməyən 30 fevral, bir gün intihar etmiş. İlk zamanlar bütün günlər, onun bu etdiyinə kədərlənsə də daha sonra yaddaş çıxarmışlar. Hadisəni unutmayan tək gün, vəfalı yoldaşı 29 fevral imiş.
Hər 4 ildə bir təqvimə girər, geri qalan illərdə 30 fevralın yasını tutarmış...
(səs: 5)
Şərhlər: 15
Baxılıb: 2 509
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri