Bir qadın,pəncərə və yağış...

Şərhlər: 6
Baxılıb: 2 187
Səs ver:
(səs: 2)
Bir Qadın Vardı... əslində o həmişə vardı, içimdə yəni, bir müddətdir elə gəmirib dayanırdı ruhumu, içdən içə dağılırdı, bir az nəmli dəsmal dadındaydım. İndi elə bir dolanır ki, ürəyimin qapılarında, "buyur gir, hansından dilərsən, oradan gir"deməyim gəlir, amma edə bilmirəm nədənsə...

Onu həmişə gülərkən görürəm. Yaraşır çox zaman, gəlincə üzündə izah ediləcək bir ifadəsi olur, gözümdə daha da doğmalaşır, get-gedə böyüyür və mən onun böyüklüyünü kiçildiyimdən çox rahat anlaya bilirəm. Bir qadın əslində o yaşlı deyil əlbəttə, ən körpə halında əslində, ən saf, ən günahsız, ən mehriban... Həmişə o ən'lərə uyğun ola bilər bir bütünlükdə... Parçalara belə bölsəniz yüzlərlə insan çıxa bilər bədənindən, sanki itkin, sanki heç çizilməmiş şəkil kimi və heç çəkilməmiş bir fotoşəkil kadrı kimi... Əslində o böyük bir qadındır, böyüdükcə kiçildiyimi hiss etdirəm...

"Yağış dənələri görünür pəncərəmdən, get-gedə hər şey olmaqda!"
Sevirəm yağış damcılarını, çünki yalnızlığımı indi onlarla paylaşıram, hər biri sanki bədənimi təmizləyir. Ruhumu get-gedə ona hazırlayırlar, elə hiss edirəm, çünki səbəbim olurlar... Sanki davamlı bir tövsiyə halındadırlar ürəyimə doğru, "doğru yoldasan, durma ona qaç" deyər kimi... Yağış dənələri vurur şüşəyə, sanki onun qapıma vurması kimi, sanki onun bədəni bədənimə toxunur kimi... Elə bir şey ki, bu qəribə, yalnız qəribə, çox qəribə...

Yağış dənələri pəncərəmdən ürəyimin qapılarına axır, bir fotoşəkil kadrı kimi..
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 187
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri