Nüsrət Kəsəmənli - İnana bilmirsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 686
Səs ver:
(səs: 1)
Bayaq nəğmə idi suların səsi,
İndi hər dalğadan bir qorxu baxır.
Dənizin elə bil donub nəfəsi,
Dənizə soyumuş ulduzlar axır...
Gün batdı.
Qorxulu bir gecə düşdü.
Bilmədik bu gecə heç necə düşdü.
Bəlkə də yersizdir bu inad,qürur,
Qarşıda dağ kimi dalğalar durur.
Bu nimdaş qayıqla,köhnə avarla
Dəli dalğaları yıxmaq çətindir.

Biz indi dənizə atılmış bir daş,
Yenə də demirəm ümid üzülüb.
Şəhla gözlərində gilələnib yaş,
Titrək dodaqların gömgöy kəsilib.

Bir bax,sahilədək doludur dəniz,
Göz yaşın dənizi daşıra bilər.
Deyirsən dalğadan ümid gözləmə,
Dalğalar qayığı aşıra bilər...
Yamanca oynadıq bu odla,suyla,
Bu gizli oyuna adətimiz yox.
Sahilə uzanan Ay cığırıyla,
Piyada getməyə taqətimiz yox...
Ümidə inanıb,yaşamaq asan,
Uzaq işıqlara baxmaq çətindir.
Sığınıb köksümə pıçıldayırsan:
-Deyəsən sahilə çıxmaq çətindir...

Saçların nəmlidir bu gecə kimi,
Mən səni gündüzdən oğurlamışam.
Yumub gözlərini say üçə kimi
Sahilə çıxarıq...
Bu nağıllara
İnana-inana uşaq olmuşam...
Bir qızıl balıqsan möcüzə dolu
Mən səni sahilə aparım necə?
Bu dəniz qəzəbli,
Mən dəli-dolu
Çətin ki,əyiləm,çətin ki,sınam.
Bir azca ümid ver,bir azca inam.
Tutub dalğaların ağ saçlarından
Dənizi sahilə çəkim indicə...
Gülmə,
Sevənlərə hər şey mümkündür,
Bu da bir ömürdür,
Bu da bir gündür...
alt
Sahil qumlarına toxundu qayıq,
Bir aç gözlərini ətrafına bax,
Tomristək bir ana bilirdim səni
Ay dəli,sən hələ uşaqsan,uşaq.
Bu dəniz,
Bu qayıq,
Bu köhnə avar,
Bu sahil.
Bu dünya,
Daha hər nə var
Sənindir,
Mənimdir,
Səadətindir.
İnana bilmirsən bu səadətə
Deyirsən:
-Sahilə çıxmaq çətindir…

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri