Ağıl və bacarığın gücü

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1 848
Səs ver:
(səs: 2)
Bir adam Microsoft şirkətinə iş üçün müraciət edir. Girmək istədiyi işdə Tualet təmizləyicisidi. Şirkətin menecerlərinin biri ilə görüşüb və menecer ona tualeti göstərib onu təmizləməsini istəyir (test olaraq). Adam təmizləyir və menecer razı qalır. Hansı gün, saat neçədə işləyəcəyivi e-mail adresinə göndərəcəm deyir. Adam kompüterim yoxdu və elə ona görədə e-mail də yoxdu deyir. Menecer, bağışlayın amma e-mailiniz yoxdursa sizi işə götürə bilmərəm deyir.
Adam çarəsizcə şirkətdən qırağa çıxır və nə etsəm deyə düşünərkən cibindəki 10 dollarnan 20 kilo albalı almağa qərar verər. Qapı qapı gəzərək albalıları satır və 2 saat ərzində albalıya verdiyi pulun iki qatını qazanır. Belə albalı satmaqla çörək pulumu çıxarda bilərəm deyir və hərgün səhərdən axşama kimi qapı qapı gəzib işini görür. 
İşlədikcə pulu artmağa başlıyır, özünü balaca bir yük maşını alır və satmağa davam edir. Vaxt keçir artıq bir neçə yük maşını alır.
5 il keçir...
Bu adam artıq Amerikanın ən böyükləri arasında sayılan bir nəqliyyat şirkətinin sahibidin. Bir gün ailəsinin gələcəyini düşünərək sığorta şirkətinin birinə müraciət edir. Sığorta şirkətində işləyən işçi ondan e-mail adresini istəyir. E-mail işlətmədiyini söyləyir adam. Maraqlıdı e-mailiniz yoxdur və bir Holdinginiz var. Gör indi e-mailiniz olsaydı nə edərdiniz! Cavabında adam deyir, e-mailim olsaydı bu dəqiqə Microsoft şirkətində tualet təmizləyirdim..
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri