Qadın

Şərhlər: 8
Baxılıb: 2 531
Səs ver:
(səs: 3)
Gecə yarısı atıldı küçələrə... Heç kim onun yaşadıqlarını, həyatda olan çətinliklərini bilmədi. Hər kəs o namussuz, kirli sözlərlə yanaşdı ona. "Qız nə gəzirsən çöldə, bəlkə evə gedək? , Oğlan axtarsansa gəl, pulum var". Qadın göz yaşları içində onlardan uzaqlaşır, getdikcə yolda bütün çirkaba batmış insanları görür.Gedəcək bir yeri yoxdur qadının, hansı məntəqəyə çatsa əxlaqsız təkliflər alırdı, gecənin 4'ündə. Cibində olan son pula bir taksi saxlatdırdı və sürücüyə uşaqlığı keçmiş, həmin o məhləyə aparmasını istədi. G]ünlər keçir, amma ağrılar hələdə sızıldayırdı. Bir parkda yatdı o gəcə.Kirayə bir ev tutdu günorta vaxtlarında, gecə yarısı çörək sexində isə gecə növbəsində işləməyə başladı. Növbəti günsə ona, hər gündən daha artıq zərbə vuruldu. Məhləyə döndüyündə, bir qoca arvad yolundan saxladı. "Səni buralarda görmək istəmirik"- dedi. Qadın isə ondan səbəbin soruşdu. Dünyanın çirkli bir yer deyildə, insanların çirkli olduğunu o anda anladı. Qoca uca səslə: "Sən fahişəsən, hər gecə evə kişi aldıqlarıvı deyirlər". Qadın sarsıldı, ağlayaraq evinə daxil oldu. Ona sərt baxışlarla baxan insanları gördükcə içi, tamda sol tərəfi qopurdu. Qadın dözmədi bunlara, xəstəliyə tutuldu. Bir iki qonşu o yatağda yatarkən yanına gəlib gedirdilər. Axrıncı günündə sağ qonşusu; yaşıl rəngli qapıda olan Pakizə xalanı, yanına çağırıb söylədi: "Heç kim məni anlamadı, o gecə sərxoş ərim tərəfindən çölə atılarkən də mən günahkar oldum. Hər gecə söyüşlər təhqir eşidən bir qadın oldum mən. Uşaqlarım olmurdu nə olsun, amma ərimlə xoşbəxt olacaqımı düşünürdüm ola bilmədik". Və qadın xırıltılı, birazda titrək səsiylə söylədi: "Bu cəmiyyət, mən daxil bütün məsum qadınları öldürdü".
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 531
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri