Günahsız həyat

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 616
Səs ver:
(səs: 1)
-Həyat insana nə yaxşılıq, nədə pislik etməyib.Çünki ona bu ixtiyar verilməyib.Amma insan həyata həm yaxşılıq həmdə pislik edə biləcək ixtiyardadır və edir. İnsanlar həmişə belədir,pis vəziyyətə düşərkən vəzifələrini unudurlar,Allaha üsyan edərək,həyatı pisləyirlər. Əslində olan isə,həyat bizə,özü belə bilmədən,köməklik göstərir. Bizə öz qucağında yer verir,bizlər və ailəmiz onun içərisində formalaşırıq. Və ən əsasda,azad yaşama hüququ bəxş olunur. 
- Yalnız çox zaman insanlar arasında belə bir sual ortaya çıxır.Həyat bizə öz içində yer ayırırsa,bizi sevirsə bəs niyə müharibələr baş verir? -Bəs niyə ac qalıb,səfil günündə yaşıyanlara baxıb öz səmtini eyniliklə idarə edir?
- Suala,sualla cavab verək:Bunları həyatmı edir? -Yox! Bunları biz özümüz edirik. Həyat yararlana biləcəyimiz hər bir qida ilə təmin edilib. Sadəcə günah bizdədir. Bəli,biz isanlarda! Çünki,hər kəsə eyni pay düşmür,əsasən ürəkləri təmiz olanlar və vicdanlı kəslər həyatdan biganə qalır. Və həyata,üsyan etməyib,Allaha sığınırlar,hər anında.Lakin hər nə qədərdə olsa yenə bir mənfi cəhətləri vardır...
- Özlərini,hər kəs kimi bilmək. Və sonunda böyük təəssüflərlə qarşı-qarşı qalmaq... 
Və xahiş edirəm, heç vaxt"Vəfasız həyat"-deyə və ona bənzər kimi cümlələr ifadə etməyin.Çünki həyat heç bir zaman vəfasız olmayıb. O sizə getmənizi məcbur etmir,siz özünüz gedirsiz.Əslində vəfasız olan sizlərsiniz. Siz olsanızda,olmasanızda həyat davam edəcək. Acı gerçəklikdə budur elə. Yəni yazılan qisməti həyata bağlamayın,o Tanrının qanunudur.Biz bu həyatdan köçməklə ölmürük,əslində həyata gəlmiş oluruq. Bura,yəni yer kürəsi, sadəcə sınaq üçün ayırılmış kiçik bir kürəcikdir,başqa heçnə.
Sevdiklərinlə birlikdə
Həyat sizi bu dirlikdə
Adınızı daşıdırsa
Öz içində yaşadırsa
Dünyaya vəfasız demə!

- Süleyman Əliyev
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 616
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri