Ruhlarla dolaşır dəniz

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 1283
Səs ver:
(səs: 2)
- İstəklərimiz və yaşananlar tamam ayrı yönlərdə. Boş otaqlarda, qızarmış gözlərin yanaqlardan süzülən təsviri. İçi dolu xatirələr, ayrılıqlar, çırpılan pəncərələr. Sadəcə cümlələrlə dostlaşmaq və hər səhər yuxudan ayılmaq planları. Yorğun baxışlar, şəhərin bir nöqtəsinə toxunub qaldıqca, xəfif bir külək köynəyinin boş hissəsini tərpədər. Yollarda eyni insanlar, vaqonlarda içi boş sərnişinlər. Hara gedəcəkləri yox, nə qazanacaqlarını düşünən onlarca vücud. 
- Kimlərin oyununa gəldik?
- Neçənci sifətdə yer aldıq?
- Bizi varlıqlara bağlayıb, sonra onlardan ayırır müqəddəslər. İtirdiyimiz doğmalıqlar, həyatı fani və gərəksiz olduğunu bildirdi bizə. Qaçmaq istədikcə, hop deyib torbasına keçirən qocamanlar kimlər?!
- Dairəvi diyarın, hər bucağı künclərdən ibarət. Sevgilər şəhərində partladılan göydələnlər nəyin rəmzi?
- Sözdə Tanrının, içdə nəfslərinin qulu sayılan varlıqlar, bizi nə həddə gətirdi?!
- Dahilərə inansaq yaradan, insanlara inansaq yaradılan mövcud deyil. Duaların istiliyi, insanı qızdırır deyə, yanmaqdan qorxan haqsızlar var bu yerlərdə. Eyni şəhərdə, lakin ayrı-ayrı döngələrdə kök salmış ruhsuz cisimlər. Ayrılıqları saysız, xoşbəxtləri tək-tük tapılan bir diyarın sakiniyəm mən. İçimdə ölüm qorxusu olmayan bir caniyəm, məni yaşamağla hədələmək düzgün sayılmaz. Qulaqcıqlar dərdimi anlar, mahnılarsa bildirər şeirlərlə. Üzlərdə xoşbəxtlik axtarmaq, pulsuz salfet paylamaq kimi bir şeydi. Boş verin, o mahnılar, oda siz. - Ruhlarla dolaşır dəniz...

Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 1283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri