Bir
damcı bal yerə düşdü. Balaca bir qarışqa onun yanına gəldi və onu
daddı. Getmək istəyirdi, amma balın dadı ona çox qəribə gəlmişdi. Geri
qayıtdı və baldan bir dişlək daha götürdü.
Yenə getməyə qərar verdi, amma balın dadı onu buraxmırdı ki,
buraxmırdı. Son dişləkləri də onu qane etmirdi. Düşünürdü ki, hələ də
balın dadını sonuna qədər hiss etməyib, gərək o damcının içinə tullana
ki, balın dadını daha da yaxşı hiss edə, onu ürəyincə yeyə bilə. Artıq
qarışqa bal damcısının içinə tullanmışdı və xoşbəxt idi.
Amma əfsuslar olsun ki, ordan çıxa bilmədi. Bir müddət sonra
ayaqları quruyub yerə yapışdı və hərəkət qabiliyyətini itirdi. O qədər
bu halda qaldı ki, sonunda öldü.
B. Franklin deyir: Dünya böyük bir bal damcısından başqa bir şey
deyil. Kimki ondan bir dişlək götürəcək və qırağa çəkilməyi bacaraq, o
xoşbəxt olacaq. Amma kimki onun həzzinə doymayacaq və "axıra" qədər
istəyəcək, həlak olacaq.
Budur Dünyanın hekayəsi.