Mənə biraz sən olmusan sevdiyim..

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 1626
Səs ver:
(səs: 3)
Sevirdim, eyni zamanda günlər keçdikcə də gəlməyəcəyindən daha bir əmin olurdum. Bəlkə gələrsən, oxuyarsan olmadığın günlərdə sənə ithaf olunanları deyə düşünüb yazırdım. Sonra nəmi oldu?Yenə ağzım içkilərdən zəhər acısı olmuş bir gecənin sabahı oyandım. O sabah nə oldu tam olaraq xatırlamıram. Bir anda anladım gəlməyəcəyini. Bu sabah yəni. Bunu anlamaq izahı mümkün olmayan düstur kimi bir şey idi. Çox çətin idi, ancaq nəticədə anlamışdım. Gəlməyəcək dedim bu sabah özümə. Yüz faiz gəlməyəcək. "Nə iç, nə də ona ithaf bir sətir yaz" dedim özümə. Sənə dəyərdi qızım, amma gəlməyəcək birinə dəyməzdi. Bu sabah özümə dedim ki; gəlib-gəlməməyi cəhənnəm, oxumağı-yazmağı bilməyən birinə niyə bu qədər yazasan ki, deyilmi? Ağıl var, məntiq var. Dəyərdimi bu qədər zəhmətə? Dəyərdimi bu qədər yuxusuz gecələrə? Əvvəl səni, sonra özümü məzəmmət etdim bu sabah. Amma, bəzən də düşünürəm sənlik heçnə yoxdu. Yəni bu saatda oyaq qalmağıma səbəb heç də sən deyilsən. Rejimim pozulub mənim. Məsələn siqaret rejimim pozulub. Qiymətlər belə təsir etməyib bu aralar çəkdiklərimə. Əvvəl bir çəkirdimsə, indi üç çəkirəm. Yuxumun gəlməsinə rəğmən yata bilmirəm. Məsələ sən deyilsən. Uzanıram. Oyana dönürəm, bu yana dönürəm, əlimi yastığın altına salıb, ən sevdiyim moda keçirəm, olmur  Başqa bir şeylər olub mənə. Özümüm belə anlamağa çətinlik çəkdiyim bir şeylər. Nə olub mənə tam olaraq bilmirəm, ancaq işarələr səni göstərir. Mənə biraz sən olmusan  sevdiyim..

Azad Novruzov
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri