- Hər zaman yolun bir ucunda durub, digər tərəfə keçmək üçün, bildiyimiz eyni rəngin işıqlanmasını
gözləyirik. O vaxt otuz saniyə edir. Hər kəs bir vaxtda gözləsə əgər, aylar... Demək bir rəng bizi
aylarla gözlədə bilirmiş, xəbərimiz belə olmadan. Öz qurduğumuz tələlər, ömrümüzdən ayları,
günləri alıdı gizli-gizli. Həyat insanı öz qanun ilə böyütmədiyini, böyüməmişdən əvvəl anlamışdım.
Biz buna böymək deyirik, bəlkədə bunun başqa adı var, bəlkədə buna dönüş desəydik yenidən əvvələ qayıdardıq. Bəlkədə....
- Hər kəs bir gün öləcəyini düşünür, amma hər öldüyümüzdə, yuxudan
oyandığımızın fərqinə varmırıq. Tanrı bizim dili bilsəydi, əminəm
çox sözü lüğətdən kənarlaşdırardı. Dəqiq bilirəm ki, Tanrı bizi, təkçə
bu boş kürəni doldurmaq üçün göndərmiyib bura...
Bəzən duyğular belə, özlərinin yarım qaldıığını hiss edə bilir. Ruhun içində bir boşluq varsa,
demli
həyata, yalnız gəldiyini düşünürsən... O yalnızlıq, bəlkələri və
cəzaları davamlı olaraq artırar. Nə xatirələrin olmaz, nədə o
xatirələrdə yaşayacaq biri.. Xatirə, düşündüyün ən gözəl yerdir və bir
zamanlar, içində böyütdüyün ən böyük həqiqət. Xatirələrin yaşamadığı yer
cənnət ola bilməz...- Qəribədir yaşanılanlar, suyun rəngi olmadığı kimi, havanın dadı bilinmədiyi kimi qəribə. Düşündükcə dərinliklərə doğru meyil edirəm İlahi... Məni yaşadan iki əsas amilin, yoxdan ibarət olduğunu düşünən zaman, özümü heç kimgörürəm bəzən... Tanrım, bu neçənci gəzintidir, bu neçəni yoxlanışdır bu dünyada ? Məni daha hansı dünyalarda yaşatmısan, mənə hansı ölkələrdə yazdırmısan bu yazıları?....
- Bağışla məni, yazlarda özümdən çıxıram bəzən. Bilmirəm kim oluram, amma özüm olmağı bacarmıram. Özüm kimdir axı, nə işlə məşğul olur, necə adamdır və harda yaşayır??
- Bəs insanlardan nə istəyir özləri, özlərinə nə veriblər ki, ala bilmirlər?
- Blmirlərmi bu hələ başlanğıcıdır?...
- Yaş artdıqca, suallarda dərinliklərə kök salır. Mən hər zaman bu
yaşda qalmaq istəmişəm, cəmi on səkkiz yaş, çox yox on səkkiz.
Təsir altına salan şəkillər kimidir bu suallar, insanı çaşdırar, amma
düzünü söyləməz əsla. Böyüdükcə bu mexanizimin işə düşdüyünü anlayırsan,
çirkinləşə çirkinləşə.Sonda isə, bu yazı alındımı, görən bəyənərlərmi
deyə sual edirəm. Və sonradan mənə məlum olur ki, insanlar nə vaxt
həqiqəti sevdilər ki, indidə onu bəyənsinlər?...
- Süleyman Əliyev