Adını sən de

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 875
Səs ver:
(səs: 1)
- Bir keçmişim var, gəl görəsən. Yağışı, buludu, günəşi, gecəsi-gündüzü tamam fərqli. O keçmişdə nə patriot quruplar, nədə yüksək keyfiyyətsizlik vardı. Hər şeyi yerli yerində və səliqəli şəkildə davam edən bir xatirə idi. Böyüdükdən sonra yersiz axtarışlar və düşüncələr mövcudlaşmağa başladı.Keçmiş geri dönməsədə, əvvələ qaytaracaq mahnılar qalır hələdə. Bir musiqidə dəlicəsinə qaçıb, səssiz baxışla bütün pərdələri qoparmaq səmimiyyəti. Kimisi duyur, kimisi hiss, kimidə rəqs edir.
- Dörd-beş il bundan öncə, avtobuslar sıra ilə düzülərdi. Sərnişinlər əyləşir, yağış pəncərələrdə qaçışır. Ayrılıqlar dünəndə qalır, bu günlər böyüyür, gələcək körpələşir. Unutdun və azaldı deyə yaxşılaşdığını sanıb, öyrəşirsən. Nəqarətin üstündən badələr qaldırılır.
- İçilərdəki balaca qadını sərxoş edib, məxsərəyə qoyurlar bəzən. Tək qaldıqda isə, utanmadan, gülmədən, lağ etmədən dərdləşirlər onunla.İllər bizə heçnəyi yaraşdırmadı, amma biz nə oldu geyindik əynimizə.İçləri tozlanan insanlar, indi üst-başını təmizləyir.
- Hansı qadın gəlincikli, hansı kişi gizlənqaçlı illərə qayıtmaq istəməz?
- Söylə hə, kim qayıtmaz?!
- Fəsillərə uyğun qərarlaşan insanlarıq, çöhrəmizdə mərhəmət axtarmasın müqəddəslər. Doğmalar rəsmiləşir, xatirələr birə-bir uzaqlaşır. Xatırlamağa bir-iki küçə, otaq, mahnı və birdə o qalır...
- Ölümə bir addım yaxınlaşırsan, adını "doğum günü", uşaqlığından ( ən gerçəkci günlərindən) uzaqlaşanda isə, böyümək qoyurlar. Nə deyim, göydə biri var onsuz, o bilən məsləhətdir.
- Bütün ayrılıqlar bu şəhərdə bütövləşib sanki. Ayrılığın kimdən olduğu deyil, hansı bədəndən çıxdığı önəmli.İncə toxunuş, sadə bir baxış, isti səmimiyyət və sonda, arxaya baxmadan rədd olma bacarığı. Bu şəhərin hər tərəfinə səpələnmiş lənətə gəlmiş tilsim.İcadım var, yəni bir eynəyim. Üzlü insanların, saylarını üzlərində rəqəmlə bəlli edən texnologiya. Barmaqlarım kəsilsin, bədahətim alovlansın, ruhum qarğışlansın! Bu nə yazıdır İlhai?! - Nələri kəsib götürdün bizlərdən, sol tərəfdə bi şeylər boş qalmış.
- Adını sən de...

- Süleyman Əliyev
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri