Deməli
2006-nin payız ayları idi, ali məktəbə yeni daxil olmuşdum. Birinci
kurs tələbələri kimi təzə-təzə həvəsli idi, hər gün dərsdən çıxıb harasa
gedirdik. Bir gün rəfiqəmnən dərsdən tez çıxmışdıq, 28 mayda "çuda
peçka” var, dedik gedək ora sonra gedib gəzərik. Çox gözəl hava var idi.
Bəli getdik ora sifarişimizi verdik, birdən qrup yoldaşım yaxınlaşdı
bizə. Siz burda nə edirsiz? deyə başladı zarafatlaşmağa. Onunda yanında
iki oğlan var idi. Onlardan biri bizə yaxınlaşdı. Ürəyimdə deyirdim ki,
bunlar haradan gəlib çıxdı? tez çıxıb getsəydilər rahat çayımızı
içərdik. Bəli çox keçmədiki danışıq tərzimdən başa düşdülər ki getsələr
daha yaxşıdı.
Səhərisi
gün dərsə gələndə qrup yoldaşım yaxınlaşıb dedi ki: Dünən yanımda oğlan
var idiya o sənlə tanış olmaq istəyir, başladı tərifləməyə onu. Didim
çox saq ol heç kimlə tanış olmaq fikrim yoxdu, amma buna baxmayaraq
oğlan universitetdə kölgəmə çevrilmişdi hara gedirdim çıxırdı qabağıma.
Bir universitetdə oxuyurduq. Üstündən bir neçə gün keçdi semestr
imtahanları yaxınlaşmışdı, dərsdən sonra hər gün qalıb uşaqlarnan
hazırlaşırdıq. Elçin didi ki gəl sən bu oğlana bir şans ver gör nə dəmək
istəyir sənə. Razılaşdım didim harada görsə sözünü deyər.Əməlli
başlı siçan –pişik oynayırdım onunla. Dərsdən sonra bufetdə oturub
materialları köçürdürdüm, birdə gördüm başımın üstündə kimsə dayanıb.
Salam olar əyləşim diyə müraciət etdi. Buyurun sözündən başqa heçnə diyə
bilmədim. Dedi ilk sevgiyə heç bir zaman inanmazdım, amma mən sizə
vurulmuşam. Mənə bir şans verin, heç olmasa dost olaq. Razılaşdım. Həmin
gündən etibarən ilk münasibətlərimiz dostluq üzərində quruldu. Hiss
edirdim ki sevgimi qazanmağa çalışır. Qıraqdan ona baxım gülməyim
gəlirdi. Təbbi ki, hər bir qız kimi bu da mənə xoş idi. Çox zarafatcıl
oğlan olduğundan onunla heç darıxmırdım. Ona çox öyrəşmişdim. Hissləimiz
qarşılıqlı olmuşdu. Amma bunu ona deməyə utanırdım.
Günlərin
bir günü telefon vasitəsi ilə danışırdıq, birdən qayıdıb did ki mən
səni sevirəm, bilmirdim necə deyim ki, məndə səni sevirəm. Özümü
toplayıb didim məndə. Bu çox gözəl hisslər idi. Bu tanışlığın üstündən
düz 8 il keçib artıq ailə həyatı qurmuşuq, bir qızımız var. Lakin buna
baxmayaraq bir birimizə qarşı olan hisslərimiz ilk gündəki kimi qalıb.
İndi mən onu o məni sevdiyindən də çox sevirəm. Hər kəsə qarşılıqlı sevgi arzulayıram…