Günlərin
bir günü padşahın ağlına belə bir fikir gəldi ki, əgər o, həmişə hər
şeyi başlamaq üçün doğru zamanı, sözünə güvəniləsi və əksinə uzaq
dolanılası insanları, ən əsası isə özü üçün ən vacib məşğuliyyətin
nə olduğunu bilsəydi, öz üzərinə götürdüyü hər işdə müvəffəqiyyət
qazanardı.
Bu
fikir ağlına gələr-gəlməz o, bütün padşahlığa elan etdi ki, kim ona
həyatda atılan hər addım üçün doğru zamanı, həyatda onun üçün ən vacib
insanları və ən vacib məşğuliyyətin nə olduğunu desə, o şəxsi böyük
mükafat gözləyir.
Padşahlığın bütün oxumuş,savadlı adamları padşahın yanına gələrək onun suallarını müxtəlif cür cavablandırdılar.
Birinci
suala cavab olaraq bəziləri dedi ki, hər atılan addımın doğru zamanını
bilmək üçün əvvəlcədən gün, ay və illərdən ibarət bir cədvəl tərtib
etmək və ciddi şəkildə cədvələ uyğun yaşamaq lazımdır.Yalnız bu halda,
hər şey öz lazımi vaxtında yerinə yetirilə bilər.Digərləri isə dedi ki,
hər atılan addım üçün doğru zamanı əvvəlcədən müəyyənləşdirmək
qeyri-mümkündür, lakin ötüb keçən zamana da laqeyd qalmamaq,bütün baş
verən hadisələrə diqqət ayırmaq və daha sonra isə ən lazımi işi görmək
lazımdır.Bir qisim adamlar da deyirdi ki, padşah nə qədər baş verənlərə
qarşı diqqətcil olsa da, yenə də hər addım üçün doğru zamanı tam
dəqiqliklə müəyyən etmək mümkün deyil və gərək ki,padşahın müdrik
adamlardan seçilmiş vəzir-vəkili olsun və ona hər şey üçün doğru zamanı
müəyyən etməkdə kömək etsin.
Bəzisi
isə deyirdi ki, elə şeylər vardır ki, onlar haqqında qərarı dərhal
qəbul etmək lazımdır; "Görəsən bu işi edim, ya yox?”-cavabsa
vəzir-vəkilin qərarını gözləməyəcək və ən doğru qərar vermək
üçünsonradan nə baş verəcəyini öncədən bilmək lazımdır.Gələcəyi isə
yalnız münəccimlər görə bilər və buna görə də hər addımın doğru
zamanını bilmək üçün gərək padşah münəccimlə məsləhətləşsin.
İkinci
suala da eynilə bu cür müxtəlif cavablar verilmişdi.Bəziləri deyirdi
ki, padşaha ən önəmli şəxslər müşavirlərdir, bəziləri isə bunun
keşişlər, həkimlər olduğunu, bir qisim adamlar isə döyüşçülərin ən
önəmli şəxslər olduğunu deyirdilər.
Üçüncü,
ən vacib məşğuliyyətin nə olduğu sualına isə, bəziləri "elm” cavabını
verirdi.Digərləri isə hərbdə göstərilən şücaət, başqa bir qisim isə
bunun ibadət olduğunu deyirdi.
Cavablar
müxtəlif olduğu üçün, padşah onların heç biri ilə razılaşmadı və heç
kəs də mükafat ala bilmədi.Lakin hələ də suallarına cavab tapmaq
arzusunda olan padşah qarara gəldi ki, öz müdrikliyi ilə xalq arasında
nam qazanmış zahidlə məsləhətləşsin.
Zahid
bir meşədə yaşayar, heç vaxt ordan ayrılmazdı.O, adi xalqdan başqa heç
kimi öz yanına qəbul etmirdi.Buna görə də, padşah əyninə sadə paltar
geyib zahidin yaşadığı yerə çatmamış atından endi və təkbaşına yoluna
davam etdi.
Padşah
yaxınlaşanda, zahid öz daxmasının qarşısında yeri qazmaqla məşğul
idi.Padşahı görüb ona salam verdi və yenidən işinə davam etdi.Zahid
taqətsiz və cılız idi.Hər dəfə beli torpağa sancanda və azacıq torpaq
çevirəndə, ağır-ağır nəfəs alırdı.
Padşah
ona yaxınlaşıb dedi:”Müdrik zahid, sənin yanına ondan ötrü gəlmişəm
ki, mənim üç sualıma cavab verəsən:Necə edim ki, doğru zamanda doğru
addımı atım? Mənə ən çox lazım olan, digər insanlardan daha çox
qayğı,diqqət göstərməli olduğum insanlar kimdir? Və ən nəhayəti, hansı
işlər ən önəmlidir , mən nəyə daha çox zaman ayırmalıyam?
Zahid padşaha qulaq assa da, heç bir şey demədi.O,əlinin içinə tüpürdü və yeri qazmağa davam etdi
"Sən yorğunsan,” padşah dedi, "beli mənə ver, qoy bir az sənin üçün iş görüm.”
"Çox sağ ol!”zahid cavab verdi, və beli padşahaverərək torpağın üstündə əyləşdi.
İki
dəfə qazmışdı ki, padşah dayandı və suallarını bir daha təkrar
etdi.Zahid yenə də heç bir cavab vermədi, ayağa qalxıb əlini belə
uzadaraq dedi:
"İndi isə bir az dincəl, qoy bir az da mən işləyim.”
Ancaq
padşah beli ona vermədi və qazmağa davam etdi.Beləcə bir, iki saat
keçdi.Günəş ağacların arxasında batmaq üzərə idi və padşahnəhayət beli
torpağa sancaraq dedi:
"Müdrik
zahid, mən öz suallarıma cavab tapmaq üçün sənin yanına gəlmişəm.Əgər
heç bir cavab verməyəcəksənsə, de işimi bilim, evimə qayıdım.”
"Kimsə qaçaraq bura gəlir,” zahid dedi, "baxaq görək kimdir.”
Padşah
dönüb arxaya baxdı və meşədən qaçıb gələn saqqallı bir kişi gördü.O,
əlləri ilə qarnını sıxmışdıvə barmaqları arasından qan
axırdı.Kişipadşaha çatanda, taqətsiz halda inildəyərək yerə yıxıldı və
bayıldı.Padşah və zahid yaralı adamın paltarını açmağa başladı.Onun
qarnında böyük bir yara var idi.Padşah yaranı bacardığı qədər
yaxşı-yaxşı yuyub,öz əl yaylığı və zahidin məhrəbası ilə sarıdı.Lakin
qan dayanmırdı və padşah isti qanla islanmış sarğını dəfələrlə açıb,
yaranı yuyaraq bir dahasarıyırdı.Qan dayananda yaralı ayıldı və içməyə
bir şey istədi.Padşah təmiz su gətirib ona verdi.Bu vaxt günəş artıq
batmışdı və hava sərin idi.Buna görə dəpadşah zahidin köməyi ilə yaralı
adamı daxmaya apardı və çarpayıya uzatdı..Yaralı çarpayıda uzanaraq
gözlərini yumdu və sakitləşdi;lakin padşah piyada gəzdiyi və çox
işlədiyi üçün o qədər yorğun idi ki, qapının ağzındaca çömələrək
yuxuya getdi;o qədər bərk yatmışdı ki, bütün bu qısa yay gecəsi boyu heç
oyanmadı.Səhər isə oyananda, uzun müddət harada olduğunu və çarpayıda
uzanaraq işıldayan gözlərlə ona diqqətlə baxan saqqallı yad adamın
kim olduğunu düşündü.
"Məni bağışla!”, saqqallı adam padşahın artıq oyandığını və ona baxdığını görərəkalçaq səslə dedi.
"Mən səni tanımıram və bağışlanmalı da bir şey yoxdur zənnimcə.”
"Düzdür,sən
məni tanımrsan, amma mən səni tanıyıram.Mən sənin düşməninəm, qardaşımı
edam etdirib mal-mülkünü ələ keçirdiyin üçün səndən qisas almağa and
içmişdim.Zahidin yanına tək gələcəyindən xəbərim var idi və qərara aldım
ki, qayıdanbaşı səni öldürüm.Amma bir gün keçsə də, sən qayıtmadın.Mən
də gizləndiyim pusqudan çıxıb səni axtarmaq qərarına gəldim, lakin sənin
mühafizəçilərinlə rastlaşdım və onlar məni tanıyaraq yaraladı.Onlardan
qaçıb canımı qurtara bildim, amma sən mənim yaramı sarımasaydın,
qanaxmadan öləcəkdim.Mən səni öldürməyi arzulayırdım, sən isə mənim
həyatımı qurtardın.İndi isə əgər mən sağ qalsam və əgər sən buna izin
versən, mən sənə ən sadiq qulun kimi xidmət edəcəm və oğullarıma da
sənə xidmət etməyi buyuracam. Keç günahımdan! "
Padşah
öz düşmənilə belə asanlıqla barışıq əldə etdiyinə və onun kimi bir dost
qazandığına görə çox şad idi;belə ki, o sadəcə onu bağışlamaqla
qalmadı, öz qulluqçuları və şəxsi həkimini ona baş çəkməyə
göndərəcəyinəvə mal-mülkünü yenidən qaytaracağına dair söz də verdi.
Yaralı
adam getdikdən sonra, padşah eyvana çıxaraq zahidi gəzən baxışlarla
ətrafa nəzər saldı.Getmədən öncə o, son bir dəfə öz suallarına cavab
tapmaq üçün zahidlə danışmaq fikrində idi..Zahid çöldə idi, öz dizləri
üstündə oturaraq bir gün öncə qazılmış laylara toxum səpirdi.
Padşah ona yaxınlaşaraq dedi:
"Son dəfə suallarıma cavab vermən üçün səndən xahiş edirəm, ey müdrik insan.”
"Sən artıq sualların cavabını bilirsən!” zahid öz nazik qıçları üstündə əyilmiş halda qarşısında dayanan padşaha baxaraq dedi.
"Necə yəni artıq cavabını bilirəm? Nə demək istəyirsən?” padşah soruşdu.
"Görmürsənmi,”
zahid cavab verdi.” Dünən sən mənim halıma acımadan, torpağı mənim
üçün qazmayıb, əvəzində çıxıb getsəydin, o adam səni yaxalayacaqdı və
sən də mənimlə qalmadığına görə peşman olacaqdın.Belə ki, o zaman ən
önəmli an sənin torpağı qazdığın an idi; və mən də ən önəmli adam idim;
mənə yaxşılıq etmək isə sənin o an ən vacib məşğuliyyətin idi.Daha
sonra, o adam bizə tərəf qaçanda, ən vacib an, sənin onun qeydinə
qaldığın an idi, çünki əgər sən onun yarasını sarımasaydın, o səninlə
olan ədavətə son qoymadan öləcəkdi.Beləliklə, o, ən vacib adam idi və
sənin ona etdiklərin də sənin ən vacib məşğuliyyətin idi.Odur ki, yadda
saxla:Vacib olan sadəcə bir an var-İndi! Bu, ən vacib andır, çünki
yalnız bu anda biz bir şeylər etmək iqtidarında oluruq.Ən vacib adam
isə, indi səninlə,sənin yanında olan adamdır, çünki heç kəs bilə bilməz
ki, o daha sonra səninlə olacaq ya yox; və nəhayət, ən vacib
məşğuliyyət, yaxşılıq etməkdir, çünki insanyalnız bunun üçün yer üzünə
göndərilib!