Abdullah
ibn Həbiri imanlı şəxsiyyətlərdən biri idi. Ömrünün çox hissəsini
insanlara xidmətə sərf etmişdir. O, Bəni-Üməyyənin idarələrində
işləmişdir. Bəni-Üməyyə süqut etdikdən sonra işsiz qalır. Ona görə də
maddi imkanı zəifləyir.
Bir
gün çarəsiz qalıb, Məmunun vəziri Əhməd ibni Xalidin yanına gəlir. O,
da çox əxlaqsız və kobud insan idi. Əhməd onu tanıyırdı və onu gördüyü
üçün çox narahat olur. Ona fikir vermir. Ancaq Abdullah dəfələrlə ona
müraciət edir. Bir cavab eşitmir və məhəbbət görmür. Vəzir onun
gəlişindən çox narahat olur və nökərinə deyir ki, onu evdən
uzaqlaşdırsın. Nökər Abdullahı şəxsiyyətli və vüqarlı bir insan kimi
görür və ona görə də vəzirin bu əmrini yerinə yetirə bilmir. Yanında
olan 3 min qızıl dinarı ona uzadıb deyir ki, bunu vəzir göndərmişdir və
bunu götürün və sonra yenə də bu haqda fikirləşəcəkdir. Abdullah deyir:
Mən bu evə dilənçilik etmək üçün gəlməmişəm. Vəzirin puluna ehtiyacım
yoxdur. Mənim təvəkkülüm Allahadır. Allah müşküllərin açarını mal və
sərvət sahiblərinin ixtiyarına qoymuşdur. Bu gün Əhməd ibni Xalid
vəzirdir, mənim çətinliklərimin açarı onun əlindədir. Pulu sahibinə
qaytar və sabah mən yenə gələcəyəm.
Vəzirin gözü Abdullaha sataşanda çox narahat olur və nökərinə deyir:
"Məgər mənim sözlərimi ona demədinmi?". Nökəri əhvalatı danışır və vəzir
əsəbləşib deyir: "İxtiyarımda olan qüdrətlə onunla hesablaşacağam".
Vəzir Məmunun yanına gedir və Məmun ona deyir: "İki gündür ki, Misirə
idarəçi göndərmək istəyirəm. Sənin nəzərincə bu vəzifəyə kim layiqlidir?
Vəzir dostu Abdullah Zubeyri məsləhət görmək istəyir, ancaq dili çaşıb
Abdullah Həbiri deyir. Məmun soruşur: "Məgər o, sağdır? O, aqil və
işgüzar bir insandır. Bu vəzifə üçün münasibdir".
Vəzir deyir: "O, Bəni-Abbasın düşmənidir". Məmun deyir: "O qədər ona
məhəbbət göstərəcəyəm ki, bizim dostumuz olsun". Vəzir deyir: "O,
qocalmışdır və bu işə yaramır". Məmun deyir: "Onun ağlı fəal və
dünyagörüşü genişdir. İndi 300 min dirhəm ona verin ki, səfərə
hazırlaşsın və ora gedərək, rəhbərliyi boynuna götürsün".
Beləliklə demək olar ki, o kəs ki, Allaha təvəkkül edər, səbir edər,
həyat gəmisi təqva dənizində üzərsə nicat sahili İlahi behişt olar.