Çirkli paltarlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 764
Səs ver:
(səs: 2)
Bir ailə yeni mənzilə köçmüşdü. Bir dəfə arvad mətbəxdə səhər yeməyi yeyərkən pəncərədən baxdı və qarşı tərəfdəki binanın balkonunda yuduğu paltarları qurutmaq üçün sərən qonşu qadını gördü.Ərinə üz tutub dedi:
- Bax, əzizim, qonşumuz necə pintidir, çirkli paltarları qurumağa sərib.
Amma əri ciddi-cəhdlə təzə qəzeti oxuyur və arvadının sözlərini eşitməzliyə vurur.
- Yəqin ki, o, yuyucu toza qənaət edir, ən ucuzunu alır, bəlkə də heç paltar yumağı bilmir.Onu öyrətmək pis olmazdı...
Hər dəfə qonşu qadın paltar sərəndə, arvadı onların necə də çirkli olmasına heyrətlənirdi.
Bir gün gözəl bir səhər çağı o, pəncərədən baxıb təəccübləndi:
- Bir buna bax, möcüzə baş verib. Bizim qonşu axır ki, paltar yumağı öyrənib! Ya da ki özünə yaxşı bir paltaryuyan maşın almaq ağlına gəlib.
- Heç də yox,-əri dedi, -sadəcə mən bu gün səhər tez durmuşam və neçə vaxtdır çirk basmış pəncərəmizi yumuşam.
Bizim həyatımız da belədir! Ətrafımızda baş verənləri, hadisələri, insanları necə qavramağımız baxdığımız pəncərədən asılıdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri