Kəpənək və həyat

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1413
Səs ver:
(səs: 2)
Bir gün bir baramada kiçik bir dəlik açıldı və bir adam bədənini bu kiçik dəlikdən çıxarmağa çalışan kəpənəyi saatlarla seyr etdi.
Sonra kəpənək sanki daha çox irəliləmək istəmirmiş kimi dayandı. Sanki irəliləyə biləcəyi qədər irəliləmişdi və artıq daha çox irəliləyə bilmirdi. Və adam kəpənəyə kömək etmək qərarına gəldi. Əlinə bir qayçı aldı və baramanı kəsərək dəliyi böyütdü.
Kəpənək asanca çölə çıxdı.
Lakin bədəni böyük və qanadları quru və buruq idi.
Adam kəpənəyi izləməyə davam etdi, çünki zamanla qanadlarının böyüyüb bədənini daşıya biləcək qədər genişləyə biləcəyini ümid edirdi.
Lakin bu olmadı!
Gerçəkdə kəpənək ömürünün geri qalanını o böyük bədəni və quru buruq qanadları ilə ətrafda sürünərək keçirdi. Uçmağı heç bacara bilmədi.
Adamın bu tələsik yaxşılığı içərisində anlaya bilmədiyi şey bu məhdudlaşdırıcı baramanın və kəpənəyin o kiçik dəlikdən çölə çıxmaq üçün verdiyi mübarizənin kəpənək üçün lazımlı olduğu idi, çünki bu Allahın həyat mayesinin kəpənəyin bədənindən qanadlarına doğru axmasını təmin etmək üçün tapdığı yol idi, beləcə kəpənək baramadan xilas olduğu anda uçmağa hazır ola biləcəkdi. Bəzən mübarizələr həyatımızda tam olaraq ehtiyac duyduğumuz şeylərdir. Əgər Allah, həyatımızda heç bir maneə ilə qarşılaşmadan davam etməmizə icazə versəydi şikəst qalardıq. İndi və daha sonra ola biləcəyimiz qədər güclü olmazdıq. Əsla uça bilməzdik.

Güc istədim? Və Allah məni güclü etmək üçün, qarşıma çətinliklər çıxardı.

Müdriklik istədim? Və Allah mənə həll etmək üçün problemlər verdi.

Zənginlik istədim? Və Allah işləmək üçün mənə beyin və güclü əzələlər verdi.

Cəsarət istədim? Və Allah öhdəsindən gəlməyim üçün mənə təhlükə verdi.

Sevgi istədim? Və Allah kömək etməyim üçün problemli insanlar verdi.

Yaxşılıq istədim? Və Allah mənə fürsətlər verdi.

İstədiyim heç bir şeyi əldə etmədim, ehtiyacım olan hər şeyi əldə etdim.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1413
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 12252
Xəbər sayı: 0
tatyana
Sitat: YalniZ-ArZu
"Istediyim hec neyi elde ede bilmedim,ehtiyacim olan her weyi elde etdim"-tek lazim olan bir balaca geniw duwunceli olub bunu deyerlendire bilmekdir...
Tesirli meqaledir deye paylawdim,cox beyendim cunki.

Eceb eledin cox gözel etdinki paylaşdın,oxuyarken heyatım film kimi canladı gözüm önünde ve anladımkı allahım meni cox sevir,qoruyur her zaman,yaşamış oldugum ujaslar kepeneyin cırpınmasıdek,amma cox şükürkü kepeneyi baramadan cıxardıqları kimi meni kimse cekib cıxarmıyıb,men özüm cabalamışam,teşekkür edirem Arzum
22 iyul 2017 10:42
5
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 5142
Xəbər sayı: 12
Turkan Abbasova
Cox sagol bacim. Allah razi olsun. Həqiqətən cox dogrudur. Allah bezen istəmədən etdiyimiz üsyanlara gore bizi bagislasin
21 iyul 2017 23:02
4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Şərh sayı: 16533
Xəbər sayı: 1522
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
21 iyul 2017 18:55
3
Mənim olan bu heart səni çox sevir!!!
Şərh sayı: 15091
Xəbər sayı: 6883
YalniZ-ArZu
"Istediyim hec neyi elde ede bilmedim,ehtiyacim olan her weyi elde etdim"-tek lazim olan bir balaca geniw duwunceli olub bunu deyerlendire bilmekdir...
Tesirli meqaledir deye paylawdim,cox beyendim cunki.
21 iyul 2017 18:34
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Şərh sayı: 80575
Xəbər sayı: 30
BARBI
Her zaman heyat beledir neyi bacarirsansa onu et basqalarindan medet umma
21 iyul 2017 14:32
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri