Armadilla

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 867
Səs ver:
(səs: 0)
Zirehlilər və ya armadillər (lat. Cingulata) – kəmdişlilər dəstəsinə aid heyvan dəstəsi.
Bədəni qərni lövhələrdən ibarət qalın qalın zirehlə örtülüdür. Pota, yöndəmsiz heyvandır. Qərni lövhələrin xeyli hissəsi müvafiq sümük lövhəsinin üzərində yerləşir (dəri sümükləşməsi). Adətən qurşaq şəklində düzülən qərni lövhələrdəki bəzi sıraların bir-birilə elastik birləşdirici toxuma ilə birləşməsi zirehə hərəkətlilik verir. Bədəninin uzunluğu (quyruqsuz) 1 metrədəkdir. İri caynaqlıdır. 28—40 (nəhəng. zirehlilərdə isə 90-dək) dişi var. Cənubi və Mərkəzi Amerikanın çöl, səhra, savannalarında və meşə kənarlarında yaşayır. Ən çox doqquzqurşaqlı zirehlilər, nəhəng zirehlilər və üçqurşaqlı zirehlilərə təsadüf olunur.

Tək yaşayır, gecə həyatı keçirir, gündüzlər yuvada gizlənir. Xırda onurğalılar, cücülər, sürfələr və molyusklarla qidalanır. Yemək tapmaq üçün torpağı qazırlar, qoxu hiss etmə duyğuları çox inkişaf etdiyindən böcəkləri tapa bilirlər. Torpağı qazarkən çox sürətli davranar və bu müddət içində burunları torpaq ilə təmas halında olduğundan nəfəsini tutarlar.

Armadildə yumurtalıqlarda yalnız bir dənə yumurta meydana gəlməsinə baxmayaraq artma hadisələri nəticəsində dörd bala doğur. Armadillərin bir dəfədə 4 balaları olur və 4 balanın da cinsiyyətləri eynidir. Ovlanırlar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri