Təbiətin sanitarları – canavarlar haqqında maraqlı faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 24 596
Səs ver:
(səs: 16)
Canavarlar – təbii ovçulardır. Çox dəqiq iybilmə qabiliyyətləri var və şikarının harada olmasını 16 km-dən hiss edir.

40-dan çox müxtəlif səsləri, eyni anda bir-birindən ayırmaq qabiliyyətinə malik olan canavarlar, 50-80 kq-a qədər çəkiyə malik olurlar. Nəhəng ölçülü heyvanlar əsasən cənub bölgəsində yaşayır.

Canavarlar, insan yaşayan məntəqələrə hücum etmirlər. Onlar sakit və kimsəsiz yerlərdə yaşamağa üstünlük verirlər. Lakin soyuq qış aylarında ac canavarlar insan yaşayan məntəqələrə belə, hücum edirlər.

Canavarın nəsili get-gedə azalmağa başlayıb. Buna səbəb isə, 17-18-ci əsrdə, Avropada canavarların kütləvi şəkildə öldürülməsidir. Bu gün isə, canavarlar əsasən, Rusiya və Şimali Amerika ərazisində yayılmışdır.

Bunu da unutmaq olmaz ki, canavarlar təbiət üçün sanitar rolunu oynamaqdadır. Onlar əsasən xəstə, qoca, gücsüz heyvanları yeyərək, təbii bioritimi tənzimləyir. Ac bir canavar bir dəfəyə 10 kq-a qədər ət yeyə bilir.

Canavarlar bir-biri ilə, çox inkişaf etmiş rabitəyə malikdir. Bir-birləri ilə üz mimikaları ilə ünsiyyət qurmaq, ucadan ulamaqla bir-birlərinə ərazilərini bildirmək kimi rabitə sistemlərinə malikdirlər.

Bu günə qədər ən çətin əhliləşən heyvan kimi də tarixdə yadda qalan canavarlar, çox əsrarəngiz və sirli bir təbiətə malikdirlər.
(səs: 16)
Şərhlər: 4
Baxılıb: 24 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri